KÖHNƏ VERSİYA            

5 aprel Brüssel görüşü barədə müsahibə Ermənistan diplomatiyasının iç üzünü açdı...

Image

Ermənistan Xarici İşlər Nazirliyi Brüsseldə planlanan 5 aprel Blinken-Paşinyan-Ursula Lyayen məşvərətinin Qafqazda sülh perspektivlərinə qarşı çevrildiyini ciddi cəhdlə ört-basdır etməyə başlayıb. Guya bu görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyi, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyi iddia olunur.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Nazirliyin mətbuat katibi Anna Badalyanın müsahibəsində həm qorxu, həm reallığın təhrif olunması, həm də aşkar gördüyümüz əsil niyyətlərin gizlədilməsi səyləri var.

Məsələn...

1. İddia olunur ki, 5 aprel görüşü regional münasibətlər baxımından inklüziv mahiyyət daşıyır.

Cavab - Bu necə inklüzivlikdir ki, Azərbaycanla əlaqəli planlanan müzakirələr Azərbaycanın öz iştirakı olmadan aparılır və konkret müzakirə olunacaq məsələlər barədə öncədən məlumat verilmir?! Necə inklüzivlikdir ki, müzakirə formatının hər 3 tərəfi - Ermənistan, ABŞ və Avropa Birliyi hazırda Azərbaycanla bağlı ancaq "neqativ kateqoriyalar" əsasında düşünürlər?!

2. Ermənistan XİN rəsmisi deyir ki, Azərbaycan onların 208 kvadrat kilometr ərazisini işğalda saxlayır. Azərbaycana məxsusluğu az qala bütün dünya tərəfindən inkar edilməyən 8 kəndin qaytarılmasını gündən-günə satdıqları halda, Azərbaycanın 208 kvadrat kilometri işğalda saxlaması barədə iddialar ağla və məntiqə sığmır.

3. Ermənistan XİN rəsmisi iddia edir ki, Azərbaycan 2022-ci ilin 6 oktyabrında Əliyev-Paşinyan-Makron-Mişelin iştirakı ilə 4 tərəfli Praqa görüşündə Avropa Birliyinin müşahidə mussiyasının öz ərazisində də fəaliyyət göstərməsinə razılıq verdi və sonra razılaşmanı pozdu. Anna Badalyan büsbütün yalan danışır. Həqiqət budur ki, Azərbaycan Prezidenti həmin görüşdə AB-nin monitorinq missiyasının yaradılmasına razılıq versə də, onun Azərbaycanın sərhəd ərazisində yox, tək Ermənistanın sərhəd ərazisində fəaliyyətinə razılıq verib. Həm də müəyyən aydın şərtlərlə. O şərtlərlə ki, missiya deyilən müşahidəçilər 2 aylıq müddətdə fəaliyyət göstərəcək, həm də məhdud sayda olacaqlar. Razılaşmanın əsas məqamları budur. Razılaşmanı pozan Ermənistan oldu. Cəmi 3-4 ay sonra Avropa Birliyinin Monitorinq Potensialı deyilən rəsmi adı dəyişərək Avropa Birliyinin Müşahidə Missiyasına çevirdilər, 2 aylıq fəaliyyət müddəti 2 illiyə çevrildi, "müşahidəçi" deyilənlərin sayı 209-a çatdırıldı, mülki missiya deyilən qrup əslində keçmiş kəşfiyyatçı (kəşfiyyatçıların keçmişi olmur) fransız- alman zabitlərindən ibarət hərbiləşdirilmiş dəstəyə çevrildi, razılaşılmış müşahidə prinsiplərini pozaraq Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplamağa başladılar. Bütün bu faktların ortada olduğu vaxtda Azərbaycanı 6 oktyabr 2022-ci il tarixli razılaşmanı pozmaqda suçlamaq absurddur. Azərbaycan Prezidenti bu razılaşmaya da prinsipial yanaşır.

4. Ermənistan XİN rəsmisi ölkəsinin Azərbaycanla sülh sazişini elə indicə imzalamağa hazır olduğunu deyir. Necə inanaq? Əgər son 3 ildə razılaşmalara, xüsusən 10 noyabr sənədindəki imzaya əks  addımlar atılırsa, Ermənistan sülhə necə hazır sayıla bilər?! Sülh məsələsində indiyə kimi heç bir təşəbbüsə (pozucu təşəbbüslərdən başqa) imza atmayan Paşinyan sülhə necə hazır ola, bütün pozitiv təşəbbüslərin müəllifi İlham Əliyevi hazırlıqsızlıqda necə suçlaya bilər?!

5. Badalyan sərhədlərin delimitasiya və demarkasiyanın 1991-ci il Alma-Ata bəyannaməsi əsasında aparılmasını şərt kimi qoyur, lakin iddia edir ki, sərhədlərin yaradılmasından yox, bərpasından söhbət getməlidir, yəni guya 91-ci ildə SSRİ dağılanda iki ölkənin arasında aydın xətlərlə çəkilmiş sərhədlər var imiş... Absurd bir yanaşmadır. Əgər o sərhədlər 91-ci ildə var idisə, Ermənistan niyə o sərhədlərdə dayanmadı , niyə Xankəndiyə qədər təcavüzkar yürüş etdi ki, sonda da onu " it kimi qovsunlar"?!... Badalyanın "azarını" yaxşı başa düşürük. Bu "dili" Paşinyandan alıb, sanki Paşinyan ağzına "tüpürübmüş" kimi onun dediklərini təkrarlayır, guya həmin sərhəd xətlərinin ancaq son Sovet dövrü xəritələrində - 1974-1991-ci ilin Baş ştab xəritələrində əks olunduğunu qəbul etdirmək istəyir. Düz adamsınızsa, niyə ancaq özünüzə sərf edən və yarımçıq xəritələri əsas tutursunuz? İlham Əliyevin konseptual bir dəqiqliklə təklif etdiyi ya xronoloji, ya da metodoloji prinsipə söykənmək doğru olmazmı? Yəni sərhədlərin delimitasiyasında ya Azərbaycan Xalq Cümhuriyyətindən başlayan reallıqlara söykənək, ya da 1920-ci ildən başlayan sovet reallıqlarına əsaslanaq. Badalyanlar bilir ki, tarixi ədalətə və siyasi reallığa daha çox uyğun olan İlham Əliyevin bu konsepsiyası əsas tutulsa, Azərbaycanın ərazisinin 114 min kvadrat kilometrdən 89 minə necə salındığı, İrəvanın, Zəngəzurun, Mehrinin necə qoparılması çılpaqlığı ilə üzə çıxacaq. Odur ki, bir neçə qüsurlu xəritədən yapışırlar. Həmin xəritələri vaxtilə hansısa erməniyə, ya ermənipərəst sovet rusuna çəkdirdikləri də şübhəlidir. Lavrov bir dəfə dedi ki, bəzi Qərb kəşfiyyatları bu xəritələrin onlarda da olduğunu iddia edirlər. Kim deyə bilər ki, Ermənistanın Qərbdəki dostlarının əli ilə bu xəritələr 2, 3-cü dəfə saxtalaşdırılmayıb?! 

Badalyanın müsahibəsi Ermənistan diplomatiyasının iç üzünü əslində ifşa etdi...

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031