27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola salınıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən 27 şəhid ailəsi üzvünün Şuşaya səfəri təşkil edilib. Səfərdən əvvəl şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Səfər çərçivəsində şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaq, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər. Həmçinin onların Xocavənd rayonuna da gedişləri təmin ediləcək.
Qeyd edək ki, Naxçıvandan ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək. "Şərq qapısı" qəzetinin əməkdaşları da səfər çərçivəsində şəhid ailələrini müşayiət edirlər.
Mətləb