"Qlobal maliyyə sisteminə yeni yanaşmalar tətbiq edilməlidir" - Tokayevdən AÇIQLAMA
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumundakı çıxışında bəyan edib ki, beynəlxalq ictimaiyyətin ədalətlilik və açıqlıq prinsiplərinə əsaslanan yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var.
“Bu gün artan ticarət əngəlləri, proteksionizm və müqavilələrin pozulması qlobal iqtisadiyyat üçün ciddi problemlər yaradır. Bu problemlərin həlli ədalətsiz ticarət maneələrinin aradan qaldırılmasını və rəqəmsallaşma yolu ilə təchizat zəncirlərinin şəffaflığının artırılmasını tələb edir”, – Qazaxıstanın dövlət başçısı bildirib.
Tokayevin sözlərinə görə, qlobal maliyyə sisteminə yeni yanaşmalar tətbiq edilməlidir. Qazaxıstan lideri beynəlxalq ictimaiyyəti davamlı maliyyələşdirmə sahəsində daha effektiv tədbirlər görməyə çağırıb.
Mətləb