"Çelsi" ŞOKDA: 62 milyonluq transfer sıradan çıxdı!
Londonun "Çelsi" klubu ciddi itki ilə üzləşib. Belə ki, "zadəganlar"ın yeni transferi sayılan Romeo Laviya üçün bu mövsüm erkən başa çatıb. İngiltərə klubunun rəsmi saytında yer alan məlumata görə, belçikalı yarımmüdafiəçi yenidən zədələnib. Bildirilib ki, ötən ilin dekabrında sıradan çıxan oyunçu bərpa müddətində yenə zədə alıb. Laviyanın bu mövsüm oynamayacağı vurğulanıb.
Xatırladaq ki, London təmsilçisi Laviyanı ötən ilin avqustunda "Sauthempton"dan 62 milyon avroya alıb.
Mətləb