"Crocus City Hall"u qana boyayan terrorçuların Tacikistandakı yaxınları da dindirilir...
"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslərin yaxınları Tacikistanda dindirilir. Bu barədə Rusiyanın RİA Novosti xəbər agentliyi xəbər yayıb.
Qeyd edilir ki, ailələr Tacikistanın paytaxtı Düşənbədə məxfi xidmət və polis tərəfindən dindirilib.
RİA həmçinin yazıb ki, Tacikistan lideri Emoməli Rəhman istintaqı şəxsən izləyir və işi birbaşa nəzarətə götürüb.
Rusiya mediası yazır ki, "Crocus City Hall" hücumu həyata keçirən terrorçular və hücum edənlərə kömək edənlər Rusiya Təhlükəsizlik Xidmətinə (FTX) məxsus Lefortovo təcridxanasında saxlanılır.
Həbs edilən 8 nəfərdən 4-ü hücumu birbaşa həyata keçirən terrorçulardır. Saxlanılan 8 nəfərdən 7-si Tacikistan vətəndaşıdır.
Saxlanılan şəxslərin mayın 22-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
TAHİR