KÖHNƏ VERSİYA            

Xüsusi təyinatlı şəhid gizir Camal İsmayılovun anası: "Aprel döyüşlərində də iştirak etdi"...

Image

Filarə İsmayılova: “Camal doğum günümü öz şəhadəti ilə “təbrik etdi”... 

Beşik başında balasına qurban olan analar şəhid balalarının tabutu başında da onlara qurban olur. Neftçala rayonu Həsənabad qəsəbəsində bir ana var, şəhid balasına gündə min yol qurban olan, gözlərinin yaşı qurumayan bir ana.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri şəhid Camal Vidadi oğlu İsmayılovun anası Filarə İsmayılovadan, o ağsaçlı qəhrəman anadan danışırıq. O anadan ki, Camal kimi qəhrəman övlad bəxş edib Azərbaycana...

Martın 15-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin Biləsuvarda Heydər Əliyev Mərkəzində təqdimat mərasimindən sonra yolumuzu Neftçala rayonu Həsənabad qəsəbəsindən saldıq. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə redaksiyanın çap etdiyi  “44 gün - Tarixi zəfər” kitabını Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun anası Filarə anaya təqdim etmək üçün İsmayılovlar ocağına baş çəkdik. 

Anası oğlunun qonaqlarını olduqca mehriban qarşıladı, otaqda hər şey Camalı xatırladırdı. Divardan Vətən Müharibəsi Qəhrəmanının fotoları boylanırdı. Ana min bir qayğı və sevgi ilə o şəkilləri nəinki divarlara, ürəyinə də hopdurub. 

Əvvəlcə Nəzakət Məmmədova Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” kitabını anaya təqdim etdi. Sonra çay süfrəsi arxasında ana ilə söhbət etdik. 

“Mən həmişəlik olaraq 59 yaşımda, Camal isə 36 yaşında qaldı...” 

“Camal haqqında danımaqdan doymaram, o qədər danışaram ki balamdan. Camalın cəmi 36 il 3 ay 16 gün ömrü olub. Ancaq o çalışıb ki, bu 36 ilə hər şeyi sığışdırsın. Onun həyatının hər dəqiqəsi gözümün qabağındadır. Camal haqqında düşünəndə onun gəncliyini, ailə qurmasını xatırlamıram, balam barədə fikirləşəndə ancaq onun uşaqlığını xatırlayıram. O qədər gözəl uşaq idi ki. Həkimlərə aparırdım, qucaqlarından yerə qoymurdular. Həmişə deyirdilər ki, adı da Camaldır, özü də Camaldır. Həmişə Allahıma təşəkkür edirdim ki, mənə belə gözəl, qüsursuz, səliqəli bir övlad bəxş edib. Camal o qədər səliqəli idi ki...Camal 1984-cü il iyulun 7-də anadan olub. Ailənin ikinci övladı idi, özündən böyük bir bacısı, 10 yaş kiçik də bir qardaşı var. Camalın iki yaşı olanda, 1986-cı ildə biz Rusiyaya köçdük, Krasnoyarsk vilayətinin Niqarka şəhərində yaşadıq. Camalın uşaqlığı Rusiyada keçdi. Camal orada bağçaya getdi və tez bir zamanda rus dilini öyrənməyə başladı. Həmişə müəllimləri ona qibtə ilə baxırdılar ki, iki yaşlı uşaq iki dil bilir, həm rusca, həm də Azərbaycanca danışır. Çalışırdım onunla öz dilimizdə danışım. Deyim ki, bağçada iyirmi dörd uşağın içində yeganə azərbaycanlı idi. Özünü o qədər əyilməz, məğrur aparırdı ki, tərbiyəçi-müəllim ona “Azərbaycanın fəxri” deyə müraciət edirdi. Zaman gəldi ki, Camal doğrudan da Azərbaycanın fəxri oldu, tək mənim deyil, Vətənin qəhrəmanına çevrildi...

Birinci sinfə də orada getdi. Çox hazırcavab idi. Yaxşı yadımdadır, bir dəfə onlarda açıq dərs idi və heç bir şagirdə imkan vermirdi ki, cavab versin, bütün suallara özü cavab verirdi. Hər kəs ona böyük maraqla baxırdı. İndiyə qədər onun müəllimləri ilə əlaqəmiz davam edir. Onlar zəng edirlər, ağlayırlar, heyfsilənirlər. Camalın ingilis dili müəlliməsi var - Larisa Lvovna, onun haqqında poema yazır. O deyir ki, Camal təkcə Azərbaycanın qəhrəmanı deyil, bizim də qəhrəmanımızdır” - deyə ana bildirdi.  

1992-ci ildə Vətənə qayıdan İsmayılovlar ailəsi burada yaşamlarını davam etdiriblər. C.İsmayılov da Neftçala rayon 1 nömrəli orta məktəbdə rus bölməsində təhsilini davam etdirib, təhsil aldığı müddətdə müəllimlərinin rəğbətini qazanıb. Filarə ana deyir ki, Camalın dostları çox olub, oğlu dostluğa çox yüksək qiymət verirdi. “5-ci, 6-cı sinifdən öz paltarlarını özü ütüləyirdi. Köhnə evimizdə onların öz otaqları vardı. Mən heç zaman uşaqların otağına girməzdim, otağı çox səliqəli saxlayırdılar. Pərdəni aralayıb baxırdım ki, otağı tər-təmiz yığışdırıblar. Səhərlər 7-yə 10 dəqiqə qalmış evdən çıxırdılar. Çünki biz kənddə yaşayırdıq, onlar rayon məktəbində oxuyurdular. Deyirdi ki, qaranlıqda evdən çıxdığımız üçün mahnı oxuya-oxuya gedirik ki, qorxmayaq. Bacı-qardaş əl-ələ tutub məktəbə gedirdilər. Demək, Camal öz paltarlarını ütüləyib çarpayının üstünə qoyurmuş ki, qırışmasın, özü də bacısı ilə yatırmış. O qədər təmizkar və səliqəli idi ki...Dərslərini yaxşı oxuyurdu, kimya-bilogiyanı, fizikanı çox sevirdi. Arzum Camalı həkim görmək idi. Sənədlərini Tibb Universitetinə verdi, amma qəbul ola bilmədi, sənədlərini Tibb Texnikumuna verdi, diş texniki ixtisasına qəbul olundu, amma orada oxumaq istəmədi. Sonralar mən onun Xatirə dəftərini oxudum. Camalın Xatirə dəftəri vardı. Əsgərlikdən gələndə dəftəri mənə verdi, amma oxumamışdım, götürüb kitablarımın yanına qoymuşdum. Camal şəhid olduqdan sonra Xatirə dəftərini başdan-ayağa oxudum. Yazıb ki, doğrudur, anam mənim həkim olmağımı istəyir, amma mən nə vaxt böyüyüb öz taleyimi özüm həll etsəm ən yaxşı zabit olacağam. 18 yaşında əsgər getdi. Səkkiz ay idi ki, müddətli həqiqi hərbi xidmətdə idi. Mənə məktub göndərdi. Yazmışdı ki, “məndən sarı narahat olmayın, kursa gedəcəyəm. Bu bir fürsətdir və bu fürsəti əldən verməyəcəyəm. Narahat olmayın, vaxt tapan kimi əlaqə saxlayacağam”. Ondan bir müddət xəbərimiz olmadı. Sən demə, Camal xüsusi təyinatlı qüvvələrin təkmilləşdirmə kursunda təhsil alırmış. Kursu uğurla bitirəndən sonra XTQ hərbi hissələrinin birində xidmət etməyə başladı. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilmişdi. 18 il xüsusi təyinatlı qüvvələrin mənsubu kimi müxtəlif təlimlərdə, vacib hərbi əməliyyatlarda iştirak etdi. Rus, ingilis, erməni dillərini sərbəst bilirdi. Xizək sürməyi, dağçılığı, paraşütdən tullanmağı peşəkar şəkildə öyrənmişdi. Dağçılıq üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Aprel və Tovuz döyüşlərində də iştirak edib”.

Ana deyir ki, oğlu 2002-ci ildən də orada qalıb işləyib. Filarə ana Camalın evlənmə tarixçəsindən də danışdı: “2007-ci ildə nişanlandı. Qız öz bacım qızı idi. Camal maşını çox sevirdi. Mən də həmişə ona deyirdim ki, kişi maşını al, özünə yaraşan maşın al. Ağır maşınlardan xoşum gəlirdi. Deyirdim “31” al, özü də alminum tozu rəngində olsun. Gördüm ki, maşın alıb gəlib. Həmin gün də bacımın qızı yatıb yuxusunda görüb ki, onlara ağ atlı oğlan gəlib. Səhər yuxudan durub anasına “ana, yuxuda görmüşəm ki, bizə ağ atlı oğlan gəlib” - deyib. O da qara qızdır. Anası deyib ki, hə, ağ atlı oğlan səndən, qara qızdan ötrü ölürdü. Bir də görüblər ki, qapının ağzında bir maşın dayanıb. Bacım da zaragatla qızına deyib ki, ağ atlı oğlan gəldi. Qapının ağzına çıxıblar ki, gələn Camaldır. Bacım qızı da məşğələyə gedirmiş. Camal ona həmişə “Qaraca” deyirdi. Soruşub ki, “Qaraca, hara gedirsən?” Qız da deyib məşğələyə gedirəm. Camal da “otur maşına gedək” deyib. Qız oturub Camalın yanında Camal da onu məşğələyə aparıb. Axşam evə gəlib deyib ki, ana, mən Camalın maşınında məşğələyə gedəndə elə hey mənə baxırdı.      

Camalın evlənməyini istəyirdim, neçə qızın adını çəkdim, razı olmadı. Axırda soruşdum ki, bəlkə sən Fatmanı istəyirsən? Gördüm dillənmədi, sonra “ana, onu mənə verərlər?” dedi. Getdik, aldıq. Yəni həm o deyən, həm də biz deyən oldu. 2007-ci ildə ad günündə nişanı oldu, 2008-ci ilin iyunun 30-da toyu oldu, gəlin gəldi. Toylarından 16 gün sonra Yaşmaya köçdülər, Camal orada qulluq edirdi, orada onlara yaşamaq üçün otaq vermişdilər, orada qalırdılar. Camalın üç uşağı var. Əvvəl iki qızı vardı, istəyirdim ki, üçüncü uşaqları da olsun. Allah üçüncü övladı da verdi. Həkim demişdi ki, oğlan olacaq. Camal özü oğlunun adını Alparslan qoymuşdu. Camal şəhid olduqdan beş ay sonra oğlu Alparslan doğuldu. Üç yaşı oldu uşağın. Camal oğlunun üzünü görmədi”.     

Filarə ana deyir ki, oğlu sonuncu dəfə evə 2020-ci ilin 17 sentyabrında gəlib. “Demə, onları göndəriblər ki, gedin ailənizlə, validenylərinizlə halallaşın, vidalaşın. Evə gəldi, iki gün qalacağını demişdi, amma bir gün qaldı, zəng gəldi və getdi. Mən də pay-püş qoymuşdum ki, aparsın. Mən bilmirdim müharibə olacaq və bu müharibə balamı əlimdən alacaq. Müharibəni içimdə yaxına belə qoymurdum. Düzdür, Tovuz hadisələrində, ondan əvvəl Aprel döyüşlərində iştirak etmişdi. Aprel döyüşlərində çox böyük igidliklər göstərmişdi. Ümumikdə 14-dən çox medalı vardı. Sentyabrın 25-də eşitdim ki, camaat müharibədən danışır. Bundan başqa, gördüm ki, Camal statusa bir şəkil qoyub. Heydər Əliyev zirvəsində çəkdirdiyi bir şəkli vardı, arxasında Azərbaycan bayrağı üzü buludlara sarı. O şəkli qoyub, arxasınca da “Allahu Əkbər” yazıb. Zəng vurdum, cavab vermədi. Sonra gəlinə zəng vurdum, dedi ki, Camal təlimə getdi. Sentyabrın 27-də sübh namazəna durdum, namazdan sonra sosial şəbəkələrə baxdım, oxudum ki, müharibə başlayıb. Bircə onu dedim ki, evim yıxıldı. Çünki o, birinci taborda idi. Əvvəl beşinci taborda idi, sonra özü birinci tabora keçdi...Döyüşmək istəyirdi həmişə. Bu barədə söz düşəndə “inişallah müharibə olacaq və biz mütləq qalib gələcəyik” deyirdi. Çox vətənpərvər idi. 

Camalla son telefon danışığımız oktyabrın 18-də axşamüstü oldu. Əhvalı çox yaxşı idi. Bir-bir hamını soruşdu. Hər dəfə Camal zəng edəndə nəsə alıb bişirər, qonşulara paylayardım. Ona bu barədə deyəndə gülümsədi, dedi, narahat olma, az qalıb. O qədər sevindim ki... Sən demə, son sevincim imiş...

Oktyabrın 19-da zəng etmədi. Düşündüm ki, yəqin vacib tapşırıq icra etdiyindən zəng vurmağa imkanı olmayıb. Oktyabrın 20-də yenə zəng olmadı. Oktyabrın 21-i mənim doğum günümdür. Fikirləşdim ki, harada olsa bu gün mütləq zəng vurub məni təbrik edəcək. Vətən müharibəsində iştirak edən kiçik oğlum Ülvi səhər tezdən zəng edib məni təbrik etdi. Camalın zəng vurub-vurmadığını soruşdu. Üç gündür ondan xəbərsiz olduğumu dedim. Dedi darıxma, zəng edər. Həmin gün axşamadək gözlədim, zəng gəlmədi. Axşam namazından sonra qapımız döyüldü. Ən çox ehtiyat etdiyim dəhşətli və bəd xəbəri biz də aldıq... Camal doğum günümü öz şəhadəti ilə “təbrik etdi”. Mən həmişəlik olaraq 59 yaşımda, Camal isə 36 yaşında qaldı...”

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılov Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin, Qırmızı Bazarın azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub. Oktyabrın 19-da Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olub. Ana danışdı ki, Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstəriblər. Camal İsmayılov və qrupun üzvləri olan igidlərimiz Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salıblar...

Qeyd edək ki, Camal İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Camal İsmayılovun anası Filarə ananın göz yaşından,  nisgil və həsrətdən cilalanmış ağrı-acı dolu müsahibəsində balasının igidliyi ilə qürur duyan qəhrəman ananın səsini duyduq. Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədovanın və kollektivin ananı ziyarət etməsi, Vətən Müharibəsi Qəhrəmanının ruhu, nəfəsi çökən evə, ocağa qonaq olması ananın ürəyinə bir təsəlli oldu. Ana ilə sağollaşıb Bakıya üz tutduq, arxamızda gözü yaşlı, amma qürurlu bir ana qoyub gəldik, o ana qəhrəman Camalın məğrur anasıdır...

İradə SARIYEVA
Neftaçala-Bakı







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031