KÖHNƏ VERSİYA            

Paşinyan "2 daşın arasında" Rusiyaya düşmən daha bir ölkənin başçısı ilə görüşdü...

Image

Abutalıb Səmədov: “Paşinyanın Finlandiya baş naziri ilə görüşü və apardığı danışıqlar ilk növbədə anti-Azərbaycan xarakteri daşıyır”

Brüsseldə Ermənistan və Finlandiyanın baş nazirləri Nikol Paşinyan və Petteri Orpo arasında görüş olub.

Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Ermənistan və Finlandiya arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

Həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli tərəfdaşlığın gündəliyi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. 

Ermənistanın baş naziri Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış “Dünyanın kəsişməsi” layihəsini Cənubi Qafqazda iqtisadi qarşılıqlı əlaqənin və sülhün təmin edilməsinin mühüm təminatı kimi təqdim edib.

Diqqət çəkən məqam budur ki, Finlandiya NATO-ya girəndən sonra fin-rus münasibətləri  dəhşətli dərəcədə pisləşib.

Finlandiya ilə olan bu görüş Ermənistanın  daha bir anti-rus jesti hesab edilə bilərmi?

Müstəqil siyasi şərhçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın Finlandiya baş naziri ilə görüşü və apardığı danışıqlar ilk növbədə anti -Azərbaycan xarakteri daşıyır: “Təbii ki, Paşinyanın fəaliyyətində anti-rus istiqaməti mühümdür. Ancaq onun orda “sülh kəsişməsi” deyilən erməni layihəsini təqdim etməsi ilk növbədə dünya ictimai rəyini Azərbaycana qarşı dömdərməyə yönəlib. Çünki sülh sazişinin imzalanmasına mane olan məsələlərdən biri də Ermənistanın təbliğatını apardığı “sülh kəsişməsi” layihəsidir. Bu layihə ilk əvvəl Zəngəzur dəhlizinə qarşl yönəlib. Bizim üçün, Türkiyə üçün son dərəcə əhəmiyyətə malik olan Zəngəzur dəhlizinə qarşı Ermənistan “sülh kəsişməsi” layihəsini ortaya atıb və bütün dünyada bu cür təbliğatla məşğuldur. Layihənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Naxçıvandan  Azərbaycanın əsas hissəsinə çəkiləcək dəmir yolunun Mehridən  keçən, sərhədin yaxınlığında olan 43 km - lik hissəsini qəbul edir, ancaq avtomobil yolunun tamamilə başqa istiqamətdən çəkilməsini istəyir. Eyni zamanda, həmin o “sülh kəsişməsində” nəzərdə tutulan hissə dağlıq ərazidir, dolayı yollarla keçmək lazımdır. Həmçinin, Qarabağdan qaçmış ermənilərin sıx yerləşdiyi ərazidir. Təbii ki, bu da bizi həm təhlükəsizlik baxımından, həm də yolun qışda keçilməz olması baxımından qane etmir. Yəni bu cür layihənin qəbul edilməsi qışda yolun bir müddət bağlanmasına gətirib çıxara bilər. Şübhəsiz, bu da qətiyyən arzuolunan deyil. Paşinyan layihə əlində bütün dünyanı gəzir və hamını inandırmağa çalışır ki, bu “sülh kəsişməsi” sülhə, iqtisadi əməkdaşlığa xidmət edir. Ancaq əslində həm sülhün, həm də iqtisadi əməkdaşlığın qarşısını almağa yönəlmiş bir layihədir. Azərbaycan da onu heç vaxt qəbul etməyəcək. Eyni zamanda, Ermənistanın irəli sürdüyü digər tələblər də var ki, bu tələblər də qəbulolunmazdır. Ermənistanın imzaladığı 10 noyabr bəyanatında Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarəti nəzərdə tutulub. Bu variant da bizi qane edir. Ermənilərin terrora meylini, bizə qarşı erməni nifrətinin pik həddə olduğunu nəzərə alsaq, bir müddət Naxçıvandan Azərbaycanın əsas hissəsinə çəkiləcək yolun rus sərhədçilərin nəzarətində olması bizim maraqlarımıza xidmət edir. Digər tərəfdən, Ermənistan sərhəd və gömrük nəzarətinin tətbiq olunmasını tələb edir. Ancaq biz başa salmağa çalışırıq ki, Azərbaycanın bir hissəsindən başqa hissəsinə keçən yüklər və vətəndaşlar heç bir gömrük yoxlamasından, sərhəd xidmətinin yoxlamasından keçməməlidir. Ermənistan Kalininqrad modelinin tətbiqini də təklif edir ki, burada da ermənilər reallıqları qəti qəbul etmək istəmirlər. Növbədi prinsip onların qarşılıqlılıq və bərabərlik prinsipidir ki, buna əsasən Naxçıvandan Azərbaycana və Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən vətəndaşlar və yüklər üçün qoyulan tələblər Ermənistan vətəndaşlarının Azərbaycandan keçərək Rusiyaya, digər istiqamətlərinə hərəkət etməsinə qoyulan tələblərlə eyni olmalıdır. Bu da məntiqsizdir. Birinci halda söhbət Azərbaycandan Azərbaycana gedən yüklərdən, sərnişinlərdən gedir. İkinci halda isə Ermənistandan Çinə qədər hərəkət edən erməni vətəndaşlarından söhbət gedir. Bir sözlə, Ermənistan bu prosesi dalana dirəmək üçün əlindən gələni edir. Hələ ki, vəziyyətin dəyişəcəyini gözləmək şansımız yoxdur. Ancaq Azərbaycan prezidenti NATO - nun baş katibi ilə görüşündə qeyd etdi ki, bu gün Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər yaxındırlar. İnşallah, Ermənistan konstruktiv mövqe tutar və bölgəmizi sülh və əməkdaşlıq bölgəsinə çevirmək imkanı yaranar”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031