Erməni KİV-i İrəvanda polis bölməsinə hücumun Qərbin Ermənistana xəbərdarlığı olduğunu yazdı...
İrəvanda polis bölməsinə hücum Qərbin Ermənistan hökumətinə xəbərdarlığıdır. Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Qeyd olunub ki, Qərb Ermənistan hökumətinə Azərbaycanla sülh sazişini imzalaması üçün təzyiq göstərir. Belə ki, bundan sonra Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq arzusu gerçəkləşə bilər.
Nəşrin yazdığına görə, Qərb bununla Paşinyanı xəbərdar edir ki, tədbir görməyəcəyi təqdirdə, onu Qərbin tələblərini yerinə yetirəcək daha radikal hökumət əvəz edəcək.