Makron Napoleondan qalmış 126- cı polku Ukraynaya göndərir....
Fransa mediası sensasiyalı xəbər yayıb.Məlumatlara görə prezident Makron 126- cı piyada polkunu Ukrayna ordusunun köməyinə göndərir. Qeyd edilir ki, bu polk 1810- cu ildə, yəni hələ Napoleonun dövründə təsis edilərək 1812- ci ildə Moskvanın üzərinə göndərilib. Napoleonun Moskvaya yürüşü məğlubiyyətlə bitəndən sonra 126- cı polkdan sağ qalan əsgərlər 123- cü piyada polkuna transfer ediliblər. Sonrakı dövrlərdə 126- cı piyada polku bir neçə dəfə təsis edilərək yenidən buraxılıb.
Hazırda 1200 əsgərdən ibarət olan 126- cı polkun niyə məhz bu sıra ilə təsis edildiyi suallar doğurur. Hələlik məlumatla bağlı Fransa hakimiyyəti rəsmi mövqe bildirməyib.
Nahid Salayev