İpoteka və Kredit Zəmanət Fondunun sədrinin vəzifələrindən biri ləğv edildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, nizamnamənin 5.6.9-cu yarımbəndi ləğv edilib.
Sözügedən yarımbəndlə İdarə Heyətinin sədrinin səlahiyyətində olan Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etmək vəzifəsi ləğv olunub.
Qeyd edək ki, İdarə heyətinin sədri Fəxri Kazımovdur.