2 boksçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycanın 2 boksçusu Bakıda kişi və qadınlar arasında keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirində bürünc medal qazanıb. Azərbaycan Boks Federasiyasının rəsmi açıqlamasında qeyd olunur ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb. 67 kq-da İlqar Salahov 1/4 finalda pakistanlı Muhammad Usama ilə döyüşüb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb və yarımfinala yüksəlməklə yanaşı, özü üçün azı bürünc medalı təmin edib. Salahov finala gedən yolda Mehdi Amirizafarla (İran) üz-üzə gələcək.
75 kq çəkidə iki döyüşdə Azərbaycan dueli baş tutub. Kamran Şahsuvarlı Novruzəli Xuduyevə (30:27, 30:27, 29:28, 30:27, 30:27), Mirşərif Kazımzadə Fərhad Şeydayevə (30:27, 30:27, 30:25, 29:28, 30:27) 5:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
Özləri üçün bürünc medalı təmin edən boksçularımız növbəti qarşılaşmada müvafiq olaraq Saidcamşid Cafarov və Cavohir Ummataliyevlə (hər ikisi Özbəkistan) qüvvəsini sınayacaqlar.
Mətləb Salahov