Azərbaycan nefti ucuzlaşıb - dünya bazarında son durum
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları, yaxud 0,33 % ucuzlaşaraq 88,30 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 85,51 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Mətləb Salahov