"Qəzza zolağını idarə edəcək yerli alternativ yaradılmalıdır" - İsrailin müdafiə naziri
İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı ilə bağlı yeni açıqlama ilə çıxış edib. “Haaretz”ə açıqlamasında yəhudi nazir bəyan edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağı İsrail və ya Fələstinin HƏMAS hərəkatı tərəfindən deyil, yerli alternativ hakimiyyət orqanları tərəfindən idarə olunacaq.
ABŞ-da səfərdə olan Y.Qallant qeyd edib ki, indiki müharibə bitdikdən sonra Qəzza zolağını idarə edəcək yerli alternativ yaradılmalıdır.
Mətləb Salahov