Hava yardımı Qəzzada növbəti dəfə faciəyə səbəb oldu - hökumət havadan yardım atan ölkələrə çağırış etdi...
İsrail Qəzzaya hücumlarını davam etdirir, bölgəyə göndərilən humanitar yardımların da qarşısı alınır. Havadan atılan yardımlarla sağ qalmağa çalışan fələstinlilər isə bəzən bu yardım zamanı ya dənizdə, ya da izdihamda həyatını itirir.
Qəzza hökumətinin Media Ofisi havadan atılan yardımın bir hissəsinin dənizə düşdüyünü, yardıma çatmağa çalışan 12 fələstinlinin boğularaq öldüyünü açıqlayıb. Ofis yardımların düşdüyü nöqtələrdə yaranan izdiham nəticəsində isə 6 fələstinlinin əzilərək öldüyünü açıqlayıb.
Havadan yardım edən bütün ölkələrə çağırış edən hökumət hava yardımı əməliyyatlarını dayandırmağa çağırıb: "Aclıq və qıtlıq təhlükə ilə üzləşən Fələstin xalqımıza humanitar yardımların çatdırılması üçün dərhal quru keçidlərinin açılmasını tələb edirik”.
ZÜMRÜD