BMT TŞ Qəzzada dərhal atəşkəsə çağıran qətnamə qəbul etdi
BMT Təhlükəsizlik Şurası (BMT TŞ) Qəzzada Ramazan ayında dərhal atəşkəsə çağıran qətnamə layihəsini qəbul edib ki, bu da daimi və davamlı atəşkəsə səbəb ola bilər.
BMT Təhlükəsizlik Şurasının 15 üzvü daimi olmayan üzvlər - Əlcəzair, Ekvador, Qayana, Yaponiya, Malta, Mozambik, Cənubi Koreya, Syerra-Leone, Sloveniya və İsveçrə tərəfindən hazırlanmış qətnamə layihəsi ilə bağlı səsvermə keçirib.
Qətnamə layihəsi 14 səs lehinə və 1 “bitərəf” səs ilə qəbul olunub. ABŞ səsvermədə iştirak etməyib.
Uzunmüddətli danışıqlardan sonra qətnamə layihəsində «daimi atəşkəs» ifadəsi razılaşdırılıb. Son anda ABŞ nümayəndə heyəti qətnamə layihəsinin mətninə «daimi» sözünü «müddətsiz» sözü ilə əvəz edərək düzəliş edilməsini istəyib. Hesab olunur ki, bu şəkildə ABŞ atəşkəs prosesinə çeviklik əlavə edib.
“Anadolu” agentliyi xəbər verir ki, Rusiya tərəfindən təklif olunan, səsvermədən əvvəl xülasənin ilkin varianta qədər dəyişdirilməsini nəzərdə tutan düzəlişə ABŞ veto qoyub.
ZÜMRÜD