Rusiyanın qisası çox acı oldu - rus polisi terroçulara dəhşəti yaşatdı…
Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert salonuna silahlı hücum təşkil edən və azı 137 nəfərin ölümünə səbəb olan şübhəlilər məhkəmə qarşısına çıxarılaraq həbs edilib. Təqsirləndirilən şəxslər “terrorçuluq”da ittiham olunublar.
Təqsirləndirilən şəxslərin məhkəmə binasına və məhkəmə zalına aparıldığı görüntülər yayımlanıb. Görüntülərdə hər dörd müttəhimin bədəninin müxtəlif yerlərində işgəncə izləri görünür. Tacikistan vətəndaşı olduğu bildirilən müttəhimlərdən birinin məhkəməyə huşunu itirmiş vəziyyətdə xərəkdə gətirildiyi, digər müttəhimlərin də dindirilərkən döyüldüyü, başqa birinin isə qulağının kəsildiyi görünür.
Rusiya mətbuatında dərc olunan xəbərlərdə terrorçuların bəzilərinin qulaqlarının kəsilməsinin səbəbi də açıqlanıb. "Moskovski Komsomolets" qəzetinə danışan hərbi ekspert bu vəziyyətin köhnə sorğu-sual üsulu olduğunu bildirib və deyib: "Bu üsulla cinayətkarlar tez danışmağa məcbur edilir. Təbii ki, bunu etmək asan deyil, xüsusi hazırlıq keçmək lazımdır. Belə hallarda terrorçulara qarşı insan hüquqlarının əhəmiyyəti olmur.
İŞİD kimi terror qruplaşmaları üçün başqa bir fərqli vəziyyət var. Radikal qruplar üçün qulaq kəsmək çox şey deməkdir. Bu, onlar üçün həm utanc verici, həm də alçaldıcıdır. Çoxları hesab edir ki, qulaqları kəsilsə, onlar öldükdə “şəhid” sayılmayacaqlar. Onun simvolik mənası budur”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər mayın 22-də keçiriləcək məhkəməyə qədər həbsdə qalacaqlar. Məhkəmədən verilən açıqlamada iki müttəhimin cinayətlərini etiraf etdikləri və ömürlük həbs cəzasına məhkum oluna bildikləri bildirilib.
Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb, ancaq Rusiya bunu qəbul etmir, Ukraynanı günahlandırır, Kiyev administrasiyası isə ittihamları rədd edir. Rusiyanın Tass xəbər agentliyi müttəhimlərin adlarının Dalerjon Mirzoyev, Saidakrami Murodali Rachabalizod, Muhammadsobir Fayzov və Şemsidin Feriduni olduğunu açıqlayıb.
TAHİR