KÖHNƏ VERSİYA            

BAKI ŞƏHİDLƏRİ – Heybətov Ağa Əmi Elçin oğlu

Image

Bakı paytaxtdı. Bəlkə ona görə havası da, suyu da, küçəsi də, səhəri, gecəsi də fərqlidi hamı üçün. Mənim üçün də fərqlidi Bakı. Bakı kəndlərinin də ayrı özəlliyi var. Əhalisinin də. Ağa Əmi də fərqli idi. Şirindil, diqqətli, savadlı, qayğıkeş, ədəb-ərkanlı.

1993 – cü il   iyunun 6-da  Bakıda  dünyaya göz açan Ağa Əmi Heybətovlar ailəsinin sonbeşiyi, həm də Kamalə və Həliməxanımın yeganə qardaşı idi. 2000-2011-ci illərdə Buzovnadakı  Birinci Qarabağ Savaşının şəhidi Əfqan Əliyevin adına olan 125 nömrəli tam orta məktəbdə oxuyub. Şagird kimi fərqlənib, birincilərdən olub. Öndə olub həmişə. Dərs əlaçısı kimi Şərəf lövhəsində yer alıb .

Məktəb yoldaşları onun haqqında elə danışdılar ki, Ağa Əminin gülər üzünü gördüm. Onu gah lövhə önündə, gah futbol oynayanda, gah sinif yoldaşları ilə deyib-güləndə gördüm elə bil.

O, idmanı sevib, müxtəlif idman növləri ilə məşğul olub. Ən çox da futbola maraq göstərib. Hələ məktəbli ikən qatıldığı futbol yarışlarında da fərqlənib və fəxri-fərmanlar alıb.

Bu dərs əlaçısı olan, iştirak etdiyi bütün bilik yarışmalarında fərqlənən, diplomlara, fəxri-fərmanlara layiq görülən  idmançı oğlanın musiqiyə bir başqa vurğunluğu olub. Buzovnadakı 4 nömrəli  Uşaq İncəsənət məktəbində qarmon ixtisasına yiyələnib. Müəllimləri onun istedadından söhbət açdılar, “gözəl qarmon ifaçısı idi”- dedilər. 

Orta təhsilini 2011-ci ildə əla qiymətlərlə başa vuran Ağa Əmi həmin il Azərbaycan Dövlət  İqtisad Unuversitetininin tələbəsi olur, “Türk Dünyası işlətmə” fakultəsində   “Turizm və otelçilik” ixtisasına yiyələnir.  Tələbə ikən istehsalat təcrübəsi keçdiyi Qafqaz Resort Otel tərəfindən xüsusi sertifikat alır. Məsuliyyəti, mədəniyyəti, savadı ilə müəllim və tələbə dostlarının sevimlisi idi Ağa Əmi.

Tələbəlik  illərinin dostu Cənnətov Xanbala: İlk gündən aramızda səmimi münasibət yarandı və bu dostluğa çevrildi. Onunla hər mövzuda söhbət edə, istənilən problemini bölüşə bilirdin. İti zəkalı idi. Ən çətin anda belə sevinc yaşada bilirdi. Söz tapmıram onun kimliyini ifadə edim. Nöqsansızdı.  Əsil dost idi.

Kərimli Kamransa bunları dedi: Ağa Əmi kimi adamlara “şəxsiyyət” deyirik. Bu da azdı onu anlatmaq üçün. Həmişə səliqəli geyimi ilə, ölçülü-biçili hərəkətləri, sözü-söhbəti ilə gözümün qarşısındadı. Çox məntiqli və istedadlı idi. Birlikdə keçib tələbəlik illərimiz və dostluğumuz sonra da davam edib. Hər yay Buzovnaya gedərdik, Ağanın qonağı olardıq.
 

2015-ci ildə Ağa universiteti bitirib həqiqi hərbi xidmətə yollanır.  Həqiqi hərbi xidmətini Gəncədə atıcı kimi başa vurur. Komandiri və dostları böyük hörmət qazanan  Ağaya “əmi” deyirlər.  

Ağa Əmi Heybətov həmişə ailəsinə sevinc yaşadıb. Atası Elçin bəyin dediklərindən: Atamın adını qoymuşdum. Atam deyirdim. Babasının adını ləyaqətlə daşıyırdı. Həmişə ancaq tərif eşidirdim. Harda olsa seçilirdi. Amma torpağını da çox sevirdi. Oğlum elə bil torpaq üçün yaranmışdı.  Özü istədiyi kimi torpağına da qovuşdu. Aprel döyüşləri zamanı da döyüşlərə qatılmaq istəyib.  İkinci savaşa da könüllü yazılıb. Mən elə bildim ki, səfərbərlikdi. Özüm yola saldım onu. Hərbi Komissarlıqda da şəkil çəkdirdik. Son şəklimiz oldu oğlumla...

Ata ilə oğulun son şəklinə baxıram. Son şəkil də olur. Kiminləsə sonralar görüşməyə bilərsən. Səndə son şəkli qalar.  Amma bir də Vətən torpağında, vətən tarixində qalan şəkil olar son şəklin.

Gülümsər gözlü, nurlu simalı, heç vaxt qocalmayacaq igidin son şəkli. “Torpaqları azad etdik” təbəssümü ilə Azərbaycanımızın hər qarışından bizə baxacaq qəhrəmanımız.

Ağa Əmi 2018-2019-cu illərdə Veysəloğlu MMC-də, 2019-cu ildən isə Müdafiə Sənaye Nazirliyinin “Şərq” İstehsalat birliyi “İqlim elmi-istehsalat müəssisəsi”ndə işləyib. İş yoldaşları onu sevinc, sevgidolu biri kimi xatırlayır: Çox işıqlı idi. Gülərüzlü idi. Kimsəni incitməzdi. Hamının qayğısına qalardı. İnsanları sevərdi. Bir də vətəni.

“Dadlı yeməkləri də sevərdi” – dedi qardaşından danışan Həliməxanım. - Bacı deyəndə bilirdim ki, nəsə bir istəyi var. Onun hər arzusunu yerinə yetirərdik. Əziz-xələfimiz idi. Çox sevimli idi. Qeyrətliydi qardaşım. Torpağına çox bağlıydı. İyul hadisələrində çox sarsıldı. O gülümsər gözlərinin dərinliyində bir kədər vardı. Torpaqlarımızın işğalda olması ilə barışa bilmirdi. Tarix yazılmışdı-qara tarixlər, işğal günləri. Tarixi yenidən yazdılar oğullarımız. İnanıram ki, tək qardaşım deyil, bu zəfər tarixini yazanlar unudulmayacaq. Özü də çox şirindil, mehriban idi Ağaəmi. Yaşına görə çox hörmətli idi. Ona  “Ağa” deyərdilər. 

O, həmişə bu qara tarixləri siləcəyimizə-qələbəyə inanıb. 2020-ci il iyul hadisələri zamanı   rahatlıq tapmayan ərənimiz yaxınlarına “Biz torpaqlarımızı azad edəcəyik, qalib olacağıq” deyib. 21 sentyabrda   status yazıb: “Biz döyüşə hazırıq”. Torpaqlarımızın işğalda olması ilə barışmayan Ağa Əmi Heybətov savaş başlayan kimi uşaqlıq dostu, sinif yoldaşı Vüsal Salamovla birlikdə könüllü olaraq döyüşlərə yollanır. 

Döyüş yoldaşı Asəf Məmmədli: İgidlik nümunəsi sorsaz, Ağa Əmi deyərəm. Qorxmaz bir döyüşçü nümunə göstərmək lazım gəlsə, Ağa Əmi deyərəm. Müharibədi, elə anlar olurdu, sağ qalmağa gümanımız qalmırdı, ölümü gözə alırdıq, geri çəkilmirdik. Belə anlarda səsi belə ruh yüksəkliyi yaradırdı. “Bu silahları biz istehsal edirik. Biz bu silahlarla ancaq qalib olmalıyıq” deyirdi. Səsində o qədər inam vardı. Sərrast atıcı idi. Nə qədər çətin vəziyyətdə bizi xilas edib. Neçə yaralıya kömək olub. Əvəzsiz biri idi.
 Mehrab İsgəndərlinin söylədikləri: Bəzən çoxu çantasını yüngülləşdirir. O heç vaxt belə etməzdi. Ehtiyatlı idi.  Yemək ehtiyatı belə olardı. Çox qayğıkeş idi Ağa. Hamıdan öndə gedirdi döyüşlərə. Bir zərrə qorxusu yoxdu. Qorxmazlığın, cəsurluğun özü idi.  Oktyabrın 5-də çətin döyüşə başlamalıydıq. Paltarlarını, çəkmələrini təmizlədiyini gördüm. “Neynirsən” –deyə soruşdum. “Qaqam, ürəyimə damıb ki, tezliklə evə gedəcəm” . “Ağa, başına dönüm, döyüş gedir”-dedim. “Mən oktyabrın 18-nə kimi evə gedəcəm. Biz də qalib gələcəyik”. Türk bayrağı da vardı yanında, onu da mənə verdi, “sizdən əvvəl gedəcəm evə, şəhid olsam, bayrağı bizimkilərə verərsən”- deyib gülümsədi. O təbəssüm gözlərimdə qalıb...
 Ağa Əmi yalan danışmazdı heç zaman.   Mehraba da həqiqəti söyləmişdi. Oktyabrın 16-da Goranboy-Tərtər istiqamətində gedən çətin döyüşdə şəhid olur. Bu döyüşdə də Mehraba” özümü gözəl yerdə, xoşbəxt görürəm. Kişi kimi torpaq azadlığı üçün ölmək hamıya nəsib olmur”-deyib...

25 oktyabr Buzovna qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respulikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Azərbaycan İqtisad Universitetində  şəhid məzunların xatirəsinə ucalan Memorial Xatirə kompleksindən  bizə gülümsəyir Ağaəmi Heybətov. İşlədiyi Müdafiə Sənaye Nazirliyinin “Şərq” İB-nin “İqlim Elmi- İstehsalat Müəssisəsi”ndə xatirə guşəsi yaradılıb. Məktəblərdə onun adını daşıyan siniflər var...

Qəhrəmanımızın 4 yaşlı bacısı qızı Mələk deyir ki, dayım Qarabağı mənə verib getdi. İtgilər nə qədər acı olsa da, bu həqiqətin şirinliyi danılmazdır.  Bizim də, böyüyən nəslin də qürurudur. Əslində Heybətovun işdən geriçağırışı vardı. Savaşa heç getməyə də bilərdi.  Amma torpaqlarımızın işğaldan azad olması onun yaşamı, ali arzusu idi. Ağa Əmi deyirdi “azadlıq uğruna öldü var, döndü yoxdu”. Nə qədər haqlıdı. Azadlığı işğaldan qurtarmaqdan böyük xoşbəxtlik varmı?!

Kamalə Abiyeva








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031