Rusiya terror aktının cəzasını Ukraynaya kəsdi - Kiyev və Lvov bombalandı, Polşa qırıcıları havaya qalxdı...
Rusiya Moskvada baş verən terror aktından sonra Ukraynaya qarşı hecumları artırıb. Terroçuların Ukraynaya qaçmaq istəyərkən tutulduğunu iddia edən Rusiya Kiyev və Lvova intensiv hava hücumu təşkil edib.
Hücum zamanı Rusiya raketlərindən biri Polşanın hava məkanına daxil olub. Polşa Silahlı Qüvvələri raketin 39 saniyə NATO hava məkanında uçduğunu açıqlayıb.
"Gecə saatlarında Rusiya Federasiyasının uzaqmənzilli təyyarələri tərəfindən buraxılan qanadlı raketlərdən biri Polşanın hava məkanını pozub. Obyekt Oserdov kəndinin səması üzərində hərəkət edərək 39 saniyə Polşa hava məkanında qalıb" - Polşa ordusundan bildirilib.
Polşanın verdiyi məlumata görə, Rusiya raketi Ukraynanın qərbindəki şəhərlərə atılıb və NATO üzvünün radarları raketi izləyib.
Polşa Hərbi Hava Qüvvələri Rusiya raketi radarda görünüb itdikdən sonra F-16 döyüş təyyarələrini dərhal havaya qaldırıb.
Polşa Xarici İşlər Nazirliyi hava məkanının pozulmasına görə Moskvadan izahat tələb edib.
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə qanadlı raketlərlə hücum etdiyi də bildirilib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusu tərəfindən “Tu-95MS” tipli strateji bombardmançılarla “X-101”, “X-555” və “X-55” tipli qanadlı raketlərdən istifadə edildiyini bildirib. Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilən raketlərin hissələrinin Desnyan rayonundakı meşəlik əraziyə düşdüyünü bildirib.
Ukrayna ordusu isə Rusiyanın ilhaq etdiyi Krım yarımadasında Rusiya donanmasına məxsus “Yamal” və “Azov” desant gəmilərini vurduğunu açıqlayıb.
TAHİR