Ermənilər "azərbaycanlıların" Bişkekdə dövlət başçısına terror hazırladığını yazdılar...
Zaman-zaman Azərbaycan əleyhinə təxribat dolu informasiyalar sızdıran erməni mediası yenə öz ampluasındadır. Dünən Moskvada törədilən terror aktında erməni terror təşkilatlarının iştirakı barədə Rusiya teleqram kanallarında yayımlanan fikirlər fonunda, erməni mediasının bu növbəti düzinformasiyası sanki "izi azdırmaq" məqsədi güdür.
Bu dəfə "panorama.am" saytı guya Bişkekdə 5 nəfər azərbaycanlının Qırğızıstan dövlət rəhbərliyinə qarşı terror hazırladığı barədə məlumat dərc edib. Bu qeyri-ciddi erməni saytı həttda Qırğızıstan Dövlət Təhlükısizlik Komitəsinin adını çəkməklə ən pis şəkildə məsuliyyətsizlik və qeyri ciddilik sifətini də ortaya qoyub.
Baxın, erməni saytında adları çəkilən şəxslərin azərbaycanlı olmasını idda etmək olduqca gülüncdür. Çünki erməni saytının qeyd etdiyi familiyalar Qafqazda yaşayan bir sıra müsəlman xalqlarının da ad və soyadlarında öz əksini tapır. Yəni iddia edilən şəxslərin azərbaycanlı olması barədə dezinformasiya açıq şəkildə təxribatdır və görünü ənənəvi erməni üsuluna sadiq qalan düşmən ölkənin mediası da növbəti dəfə blef etmək qərarına gəlib. Amma açıq-aşkar uğursuz alınıb. Erməni yalanı bu dəfə də yalandan başqa heç nəyə yaramadı..
Mətləb