Rusiya və Çin ABŞ-ın “Qəzzada atəşkəs” layihəsinə veto qoydu...
ABŞ-ın Qəzza zolağındakı vəziyyətlə bağlı qətnaməsi bu gün BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılılıb. Ancaq Rusiya və Çin ABŞ-ın Qəzzada atəşkəs rejimini girovların azad edilməsi ilə əlaqələndirən və diplomatiyaya dəstək verməyə çağıran qətnamə layihəsinə veto qoyub.
Rusiyanın BMT-dəki nümayəndəsi ABŞ-ın bir neçə aydır atəşkəs təkliflərinə "soyuqqanlılıqla" veto qoyduğunu, Qəzzanın xarabalığa çevrildiyini, bu aylarda 32 min insanın həyatını itirdiyini vurğulayıb.
Rusiya səfiri ABŞ-ın boş ritorika ilə dünyanın diqqətini yayındırdığını və bu qanun layihəsinin İsrailin Rəfaha qarşı planlaşdırdığı əməliyyata yaşıl işıq yandırdığını bildirib. Moskva Vaşinqtonu İsrailə təzyiq etməməklə bağlı “riyakar şou” göstərməkdə ittiham edib.
Rusiya və Çinlə birlikdə, müvəqqəti üzv olan Əlcəzair də qərara veto qoyub.
TAHİR