Blinken Qətəri HƏMAS-a təzyiq göstərməyə çağırdı - razılaşmasalar onları ölkədən qovun...
Qətər və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında danışıqların davam etdiyi bir vaxtda ABŞ dövlət katibi Antoni Blinkendən diqqət çəkən çaırış edib.
"CNN İnternational"ın məlumatına görə, Blinken HƏMAS-a, əgər Qəzzada qarşıdurmanı dayandıracaq girov mübadiləsi və atəşkəslə razılaşmasa, yüksək səviyyəli üzvlərinin Dohadan qovulma risqi ilə üzləşəcəyi barədə mesaj verib. İddia edilir ki, Blinken Qətər rəhbərliyini sözügedən iki məsələyə razılıq vermədiyi təqdirdə HƏMAS-ı paytaxt Dohadan çıxarmaqla hədələməyə çağırıb.
Rəsmilər bildiriblər ki, mesaj Blinken tərəfindən martın 5-də Vaşinqtonda keçirilən görüşdə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taniyə çatdırılıb. ABŞ rəsmiləri atəşkəs razılaşması səylərində Vaşinqtonla vasitəçi rol oynayan Qətərin "mesajı anladığını və qarşı çıxmadığını" bildirib.
Qətər rəsmilərinin bu xəbərdarlığı HƏMAS liderlərinə çatdırıb-çatdırmadığı ilə məlum deyil.
TAHİR