KÖHNƏ VERSİYA            

Stoltenberqin Bakıya səfərindən şübhələnən Kreml dairələrinin unutduğu məqamlar var...

Image

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində NATO-nun Baş Katibi Yens Stoltenberqin Tiflisə, Bakıya və Yerevana səfərləri, keçirilən görüşlər və gözlənilən nəticələr barədə fikirlərini bölüşüb. A.Quliyev yazır: NATO- nun baş katibi Stoltenberqin 3 Cənubi Qafqaz ölkəsinə səfəri həm blokun bu regiona nə qədər önəmli baxdığını ifadə edir , həm də Kremlin bu səfərin köklərinə və sonrakı nəticələrinə çox həssas yanaşacağını bir daha göstərdi. Stoltenberq ardıcıl şəkildə Tiflisə, Bakıya və Yerevana səfər etdi .Moskvadan gözlənilən reaksiyanı gördük." NATO  3 Cənubi Qafqaz ölkəsi arasında sülh istəmir, bu 3 ölkənin Rusiya ilə yaxşı münasibətlərini istəmir, 3 ölkəni Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır, uzaq hədəfi olaraq  isə Rusiyaya qarşı 2- ci hərbi cəbhə açmaq istəyir və sair"- Kremlin rəsmi reaksiyaları bu tezislərlə özünü göstərdi. NATO- nun 3 Cənubi Qafqaz ölkəsi arasında sülh münasibətlərini istəməməsi "barədə ideya istisna olmaqla bütün digər mülahizələrlə razılaşmaq olar. NATO digər regionlarda hər nə qədər" qatıq- çalası rolu" oynasa da, bu regionda Azərbaycanın, Ermənistanın və Gürcüstanın rahat qarşılıqlı sülh münasibətlərində olmasını niyə istəməsin ki?! Bu 3 ölkənin indi bir- biri ilə gərgin ritorika içində olması NATO- ya nə verər ki?!..
Məsələ burasındadır ki, SSRİ dağılandan indiyə qədər həm Rusiyanın özünün, həm də Qərbin, NATO- nun Cənubi Qafqaz siyasəti yanlış prinsiplərlə quruldu.
Həmin dövrdə Rusiyanın siyasətinin əsas prinsipi bu oldu ki, təki  hər üç ölkə ayrılıqda Moskva ilə yaxşı münasibətlərdə olsun .Bu zaman Azərbaycanın Ermənistanla müharibə içində, Azərbaycanın Gürcüstanla əməkdaşlıq içində olması Rusiya üçün fərq etmirdi.Rusiya istədiyinə nail olurdu.Ermənistanı Azərbaycanın  üzərinə təcavüzə həvəsləndirməklə onu öz müttəfiqinə çevirirdi. Ərazilərini itirmiş Azərbaycanın isə  Qərblə hərtərəfli yaxınlaşmasını əngəlləyirdi. Başı Moskvaya bağlanmış abxaz- osetin separatizmi eynilə Gürcüstanı da Rusiyadan xeyli asılı vəziyyətdə saxlayırdı.Qısa desək, Rusiya Cənubi Qafqazın 3 ölkəsinə münasibətdə ayrı- ayrı siyasi kurslar yürüdürdü.Zaman sübut etdi ki, Rusiyanın böyük səhvi də məhz burada oldu, Cənubi Qafqaza vahid geosiyasi məkan kimi baxaraq onu bütünlükdə öz müttəfiqinə çevirməyə çalışmadı.Birıikdə hər 3 dövlətlə yox, hər birini ayrı- ayrılıqda əzməklə özündən asılı salmaq siyasəti Rusiyanın böyük səhvinə çevrildi.Bu siyasət 30 il müəyyən yarımçıq   nəticələr  versə də, özünü sonadək doğrultmadı.  Gürcüstan 29 ildən çoxdur ki,  tək Rusiyadan asılı olmamaq iradəsini ortaya qoyub, Ermənistan bu siyasəti son 5 ildə aktiv şəkildə aparmaqdadır. Rusiya hazırda regionun 2 dövlətini- Ermənistanı və Gürcüstanı əvvəlki ölçulər daxilində öz təsir orbitinə qaytarmaq problemi ilə uğraşır .Nə əldə edəcəyi isə hələ bilinmir...
Gələk NATO- nun Cənubi Qafqaz siyasətinə.Hələ 90- cı illərdə eşidirdik ki, NATO Cənubi Qafqaza bütöv geosiyasi məkan kimi baxır və onun üçün bu regionun 3 dövlətinin arasında sərhədlər şərti xarakter daşıyır. Obrazlı yanaşsaq, belə deyilirdi ki, NATO Cənubi Qafqaza " kosmosdan baxır, burada Azərbaycan, Ermənistan və Gürcüstan kimi 3 dövləti yox, bütöv Cənubi Qafqazı görür" .O zaman bu fikirlər çox cəlbedici idi və Azırbaycanda,  eləcə də regionun bir çox qüvvələri öz siyasi planlarını NATO- nun kosmosdan gördüyü bu mənzərəyə əsasən qururdular .
Sonda məlum oldu ki, qurmurdular, əksinə dağıdırdılar. Çünki NATO reallıqda Cənubi Qafqaza bütöv geosiyasi məkan kimi baxmaq kursunu aparmadı ( və ya apara bilmədi).Eynilə Rusiya kimi səhv etdi. Necə ki, Rusiya hər 3 ölkəni ayrı- ayrılıqda öz məhvərində saxlamaq kursu aparırdı, NATO da öz növbəsində buna oxşar kurs seçərək Cənubi Qafqaz ölkələrini ayrılıqda öz yanına çəkməyi hədəflədi. Sonda məlum oldu ki, bu da dərin səhv imiş. NATO əvvəlcə Gürcüstanı Qərbə sarı çəkməyə həvəsləndi ,tam nəticə alınmadı, Gürcüstan hakimiyyəti yarı rus, yarı Qərb yönümlü bir hala düşdü, ərazisi bölündü.NATO bu gün Gürcüstanın timsalında özünü doğrultmamış taktikanı Ermənistanın üzərində işləyir, nəticənin heç də Gürcüstandan yaxşı olmayacağı bu başdan görünür. Doğrudur, Ermınistanın ərazi bütövlüyü kimi bir problemi yoxdur və gələcəkdə də olmayacaq, lakin "bir ipdən üzülməmiş əlini və boğazını ikinci ipə dolandırmaq istəyən" Ermənistanın hansı günlərə qalacağını düşünmək çətin deyil.
Gələk Azərbaycanın üstünə. Cənubi Qafqaz uğrunda NATO- Rusiya mübarizəsi başlanandan indiyədək təkcə  Azərbaycanın apardığı siyasət öz ardıcıllığı və nıticəyönümlülüyü ilə diqqəti cəlb edir. Gürcüstan onu separatizm probleminə qonaq etmiş Rusiya ilə açıq savaş açdı, balansı pozdu,  Qərbin ,əsasən də Fransanın vədlərini həddən ziyadə ciddi qəbul etdi. Sürüşkən siyasət apardı və sonda "böyrü üstdə" qaldı. Ermənistan ona Qarabağı və ətrafındakı rayonları "qazandırmış" gücün ona nələr edəcəyinin fərqinə varmadan Qərbin timsalında özünə "uçmaq  üçün 2- ci qanad"  axtardı.O da balansı pozdu. Həm də bu siyasət Paşinyanın dövründə çılpaq şəkil alsa da, əslində 2014- 15- ci illərdə Serj Sarkusyan tərəfindən başladılmışdı. 2013- cü ildə Rusiya Sarkisyanı Avropa Birliyi ilə Assosiativ sazişin bir addımlığından qaytararaq Avrasiya İqtisadi birliyinə gətirə bildi. Bu mənada Paşinyanı müəyyən qədər  Sarkisyan kursunun davamçısı hesab etmək lazımdır. Hələ də şübhələr var ki, 2018- ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi Sarkisyanla Paşinyanın gizli razılaşması ilə baş tutdu. Sarkisyan  Qərbə dönüş estafetini  gizli razılaşma ilə Paşinyana ötürdü.İkisi də elə bildilər ki, Rusiya Ermənistana verdiklərinin onun əlində əbədi saxlanmasına da gedəcək.Həmin anlarda Sarkisyanın və Paşinyanın "ərazini Rusiyanın, sivil dövlətçiliyi isə Qərbin hesabına əldə edək" kimi razılaşılmış prinsiplə hərəkət etdiklərini iddia etmək olar .
Rusiya Vətən müharibəsindən və Ukraynaya təcavüzdən az öncə anladı ki, Cənubi Qafqazın ən ardıcıl və ən təmkinli siyasət aparan ölkəsi məhz Azərbaycandır . Kreml  prezident İlham Əliyevin heç vaxt  Gürcüstan və Ermənistan rəhbərliyi kimi avantürist, məntiqsiz,  balanssız siyasət aparmayacağına tam əmin oldu. Kremlin getdiyi səhv yolun məhz bu məqamında dönüş etməsi Azərbaycana təkbətək döyüş meydanında təcavüzkar Ermənistanı cəzalandırmaq imkanı verdi. Azərbaycan gəldiyi siyasi yolda ardıcıllığının və Cənubi Qafqaza 3 ölkənin əməkdaşlıq etdiyi sülh məkanı kimi baxmasının mükafatı olaraq süverenliyini bərpa etdi .
Beləliklə, NATO- nun və Rusiyanın Cənubi Qafqaz siyasətləri lap əvvəldən yanlış olmaqla  Gürcüstanı və Ermənistanı da bu səhvin içinə aldı, onlar da səhv buraxdılar. Ermənistan Rusiyanın yanlış Cənubi Qafqaz siyasətinə uyaraq Azərbaycanın ərazilərini işğal etdi (sonrası məlum). Gürcüstan isə NATO- nun yanlış Cənubi Qafqaz siyasətinə uyaraq Qərbə doğru kəskin dönüş etdi. (bunun da sonrası məlum).
Gələk NATO- nun bu gün Azərbaycanla bağlı kursuna.Təbii ki, NATO strateqləri İlham Əliyevin bölgədə Rusiyanın və NATO- nun son 30 ildə apardıqları siyasətə incəliklərinə qədər bələd olduğunu bilirlər. Bilirlər ki, İlham Əliyev nə Rusiyanın, nə də NATO- nun oyunlarına uymayacaq qədər ağıllı siyasət aparır, bu yolda davam edəcək. Bəziləri düşünür ki, Stoltenberqin Bakıya səfəri Rysiya ilə geosiyasi mübarizədə Azərbaycanı öz tərəfinə cəlb etmək məqsədinə xidmət edir.
Artıq deyildiyi kimi, Azərbaycan prezidenti Ermənistan və Gürcüstan rəhbərliyindən fərqli geosiyasət aparmağın üstünlüklərini praktik olaraq görüb, öz ərazi bütövlüyünü məhz bunun sayəsində bərpa edib.Doğru nəticə vermiş bir geosiyasi kursdan kim imtina edər ki?! ..İlham Əliyev də imtina etməyəcək.
Əlbəttə, NATO rəhbərliyi çox istərdi ki, Azərbaycan da ermənilər və gürcülər kimi siyasət aparsın. Bu , NATO- ya Cənubi Qarqaza çox istədiyi vahid geosiyasi məkan kimi baxaraq vahid siyasət aparmaq imkanı verərdi.Lakin deyildiyi kimi, məhz müstəqil siyasətinin hesabına Ermənistandan və Gürcüstandan üstün nəticələr əldə edə bilmiş İlham Əliyev ölkənin bu siyasətini başqa maraqlara niyə də güzəştə getsin ki ?!...
Bu mənada Stoltenberqin Bakıya səfərindən sonra bəzi Kreml dairələrinin  bəyanatlarında özünü göstərən sətiraltı şübhələrin heç bir əsası yoxdur və ola bilməz. 
İlham Əliyevin həm NATO, həm də Rusiyaya yönəlik  indiki siyasi kursunun hazırkı  geosiyasi vəziyyətdə dəyişməyəcəyinə hər kəs əmin ola bilər. Zatən mütləq doğru olan da elə budur..."

Mətləb








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031