KÖHNƏ VERSİYA            

Bakıdan qayıdan ABŞ generalları 907 və İran barədə ilginc fikirlər dedilər...

Image

Abutalıb Səmədov: “Bu, təbii ki, ilk növbədə Azərbaycanın geostrateji mövqeyi ilə əlaqədardır” 

ABŞ-ın istefada olan iki hərbi generalı Vaşinqtonu bədnam “907-ci Düzəliş”i ləğv etməyə çağırır. Bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdə çıxmış general-leytenantı Karl Mendi və ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Kris Noulandın  Yəhudi İnstitutunun Müdafiə və Strateji Araşdırmalar üzrə Gemunder Mərkəzinin direktoru Ceykob Olidortla birgə dərc olunmuş məqaləsində  deyilir. 

Müəlliflər yazır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunmasına az qalıb. Onların fikrincə, bu müsbət irəliləyiş sülh danışıqları başa çatdıqdan sonra ABŞ ilə hər iki ölkə arasında münasibətlərin bərpası üçün bir fürsətdir: “Biz bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıya  səfərdən  qayıtdıq və ölkə haqqında məlumatlı olduq, onun regiondakı geostrateji əhəmiyyətini dərindən dərk etdik.

Xəzər dənizi sahilində  yerləşən Azərbaycan ABŞ-ın strateji maraqlarının sütunu kimi ağla gəlir. Bununla belə, həm Rusiya, həm də İranla həmsərhəd olan bir ölkə təkcə bənzər  təhdidləri qarşısında ABŞ-ın maraqlarını qorumaq üçün deyil, həm də Mərkəzi Asiyaya və oradan sərbəst ticarət axınını təmin etmək üçün kritik rol oynaya bilər”.

ABŞ generallarının açıq mətnlə 907-ci Düzəlişə etiraz etməsi nədən xəbər verir?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-da təkcə istefada olan generallar deyil, hökümətin özü də dəfələrlə 907-ci Düzəlişi ləğv etmək təşəbbüsü ilə çıxış edib: “Bu təşəbbüslər 90-cı illərdə xüsusilə geniş vüsət almışdı. Ancaq nəticəsi olmadı və 907-ci Düzəlişi, hökümətin bütün tələblərinə, əsaslandırmalarına baxmayaraq, ləğv etmək alınmadı. Hətta 1996-cı il Lissabon Sammitində vitse-prezidentlə görüşəndə prezident Heydər Əliyev ona kəskin etirazını bildirdi. Biz ABŞ-ın bölgədəki maraqlarını təmin etmək üçün hər şey etdik, ancaq siz 907-ci Düzəlişi götürmək iqtidarında deyilsiz. İstefada olan iki generalın 907-ci Düzəlişi götürmək təklifi ilə çıxış etməsinin elə müraciətin mətnindən nə ilə bağlı olduğu aydın olur. Bu, təbii ki, ilk növbədə Azərbaycanın geostrateji mövqeyi ilə əlaqədardır. Bir tərəfdən İranla və Rusiya ilə sərhədin olması, digər tərəfdən Xəzər dənizində Azərbaycanın tutduğu mövqe ölkəmizi ABŞ üçün çox vacib bir əraziyə çevirir. Azərbaycan hər zaman müstəqil siyasət yeridib, bizə qarşı ədalətli mövqe tutan dövlətlərlə əməkdaşlıq etmişik, heç kimin diqtəsi ilə oturub-durmamışıq. Bu da beynəlxalq münasibətlər sahəsində çox böyük əhəmiyyətə malik məsələdir. Uzun illər Ermənistan Rusiyanın diqtəsi ilə hərəkət etdi. İndi də istiqaməti dəyişib Qərbin əlaltısına çevrilib. Bunun nə qədər davam edəcəyi, Nikol Paşinyanın uzun müddət hakimiyyətdə qalıb-qalmayacağı, ondan sonra seçilən baş nazirin hansı xətti tutacağı və s. hamısı sual altındadır. Ancaq bir məsələ aydındır ki, Azərbaycan daim öz maraqlarını hər şeydən üstün tutub, beynəlxalq hüquqa sadiq olub, heç kimə baxmadan müstəqil siyasət yeridib. Biz İsraillə münasibət quranda İranın etirazlarına əhəmiyyət vermədik, danışıqlarda Qərb platformasına üstünlük verəndə Rusiyanın nə deyəcəyini düşünmədik. Keçən ilin fevralında Münhendə Azərbaycan Prezidenti açıq bəyan etdi ki, bizim üçün Qərb platforması daha əlverişlidir. Nikol Paşinyan iki ay əvvələ kimi əlindən gələni edirdi ki, sülh sazişi Rusiya platformasında imzalansın. Təbii ki, belə dövlətə etibar etmək də çox çətindir. Azərbaycan Ukrayna ilə münasibətdə də öz müstəqil siyasətini yeritdi, müharibənin ilk günündən Ukraynanın yanında olmağa çalışdı. Ancaq ilk dövrlər bir mövqe tutan Ermənistan, sonradan başqa bir mövqeyə üstünlük verdi. Bu səbəblərdən, Azərbaycanın əhəmiyyətini anlayanlar təklif edirlər ki, 907-ci Düzəliş götürülsün və ABŞ Azərbaycanla daha sıx hərbi əməkdaşlıq etsin. Onu da qeyd etmək istəyirəm ki, son illərə kimi bu əməkdaşlıq dayanmırdı, ABŞ öz maraqlarına uyğun Azərbaycana hərbi yardımlar göstərirdi. Bir şey aydındır ki, bu müraciət heç nəyi dəyişməyəcək. 907-ci Düzəliş götürülməyəcək və Azərbaycan bu düzəliş olmadan da öz müdafiə qüdrətini artırmaq gücündədir. Sadəcə, ABŞ-da bir seyi anlayırlar ki, bölgədə nüfuz sahibi olmaq üçün Azərbaycanla yaxın münasibətlər qurmaq lazımdır. Buna isə, ilk növbədə ABŞ-ın tutduğu ədalətsiz mövqe mane olur və 907-ci Düzəliş bu ədalətsiz mövqeyin bariz nümunəsidir”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031