"İndi Ukrayna ilə Rusiya arasında kompromis təsəvvür etmək mümkün deyil" - Çexiya Prezidenti
İndi Ukrayna ilə Rusiya Federasiyası arasında kompromis təsəvvür etmək mümkün deyil. Bunu Çexiya Prezidenti Petr Pavel deyib.
Pavelin sözlərinə görə, hələlik Ukrayna və Rusiyanın müharibənin dayandırılması ilə bağlı razılığa gələ biləcəklərini təsəvvür etmək mümkün deyil: “Rusiyanın indiyə qədər bütün təklifləri praktiki olaraq əmr idi”.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi tərəflərdən birinin məğlubiyyəti və ya tükənməsi və heç kimin öz məqsədlərinə tam nail ola bilməyəcəyini dərk etməsi ilə başa çatacaq.
Çexiya prezidenti hesab edir ki, elə bir an gələ bilər ki, Rusiya və Ukraynaya aydın olsun ki, müharibənin davam etməsi uğur qazanmaq ümidi olmadan yalnız yeni xərclər, iztirablar və itkilər demək olacaq. Pavel vəziyyətin bu həddə çatmasının uzun müddət çəkəcəyini və hər iki tərəfdən həm iqtisadi, həm də itkilərin nöqteyi-nəzərdən artıq çox yüksək olduğunu qeyd edir.
ZÜMRÜD