"Avropa ölkələrinin təcrübələri fayda vermir" - Çexiyanın sabiq baş naziri
Artıq Avropa ölkələrinin təcrübələri fayda vermir. Bu barədə Çexiyanın sabiq baş naziri Yan Fişer XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.
“Avropada təhlükələr o qədər çoxdur ki, müəyyən etməkdə çətinlik çəkirik. Bu yalnızca insanların problemləri deyil. Siyasətçilər buna cavabdeh olmalıdır.
Biz bilmirik nə etməliyik, haraya getməliyik. Heç nə ötən əsrdə olduğu kimi deyil. Bizə yol xəritəsi lazımdır”,- deyə o bildirib.