KÖHNƏ VERSİYA            

Paşinyan Avropa Birliyinə üzvlük müraciətini referenduma çıxarır - rəsmi açıqlama...

Image

Amid Əliyev: “Avropanın siyasi-iqtisadi dairələri əllərindən gələn təzyiqləri göstərəcəklər ki, Ermənistanı Rusiyanın siyasi, iqtisadi və hərbi orbitindən ümumiyyətlə kənarda saxlaya bilsinlər”

Baş nazir Nikol Paşinyan Avropa İttifaqı ilə Ermənistan arasında daha sıx əlaqələrin qurulması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının zəruriliyi ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnaməni alqışlayıb. 

Hökumətin iclasında baş nazir xatırladıb ki, Avropa Parlamentinin bütün fraksiyalarının dəstəyini qazanan bu qətnamə 504 lehinə, 4 əleyhinə, 32 bitərəf olmaqla qəbul edilib:

“Avropa Parlamentinin bu qətnaməsini alqışlayaraq hesab edirəm ki, bu, Ermənistanda ictimai müzakirə obyektinə çevrilməlidir. Bu, Ermənistan Respublikasının gələcəyinə baxışı müzakirə etmək üçün daha bir səbəbdir və ümid edirəm ki, siyasi qüvvələr, ictimai təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri, Ermənistan Respublikasının vətəndaşları Avropa Parlamentindən eşidilən bu mesaja öz münasibətini bildirəcək. Çünki bu cür mesajlar hökumətdən və ya parlament çoxluğundan daha geniş cavab tələb edir”.

Faktiki olaraq, Paşinyan referendum anonsu verib. Ola bilərmi ki, referendumun nəticələrindən Paşinyan Rusiyayanın gələcəkdə bu yöndə olan təzyiqlərini neytrallaşdırmaq üçün istifadə etməyi hədəfləsin?

Siyasi şərhçi Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırkı məqamda Ermənistanın Avropa Birliyinə daxil olması bir az absurd görünür: “Nə üçün? Bilirsiz ki, Avropa Birliyinə üzv olmaq üçün bir neçə kriteriyaların yerinə yetirilməsi lazımdır. Ölkənin iqtisadi inkişafı, ümumi daxili məhsulun hansı səviyyədə olması, ölkənin xarici bazalarının, sənayenin inkişafı, əhalinin sosial rifahının yüksək olması və s, bütün bu göstəricilərin hamısı Avropa Birliyinə üzv olmaq üçün əsas şərtlərdən biridir. Türkiyə neçə ildir Avropa Birliyinə qəbul ola bilmir. Əgər biz müqayisə aparsaq, Avropa Birliyinə üzv olmaq üçün Türkiyə həm iqtisadi, həm sosial cəhətdən Ermənistandan çox üstündür. Eyni zamanda hərbi potensialı Ermənistanın hərbi potensialından üstündür. Əhalinin say tərkibi, miqrasiya prosesləri onu deməyə əsas verir ki, Türkiyə Ermənistandan daha çox buna layiq olan ölkədir. Hazırki məqamda ehtimal etsək ki, Ermənistan Avropa Birliyinə daxil olmağa cəhd edir, bütün bunlar Avropa dövlətləri tərəfindən Ermənistana verilən direktivlərdir. Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistana total nəzarəti həyata keçirmək üçün həm siyasi, həm iqtisadi, həm də sosial cəhətdən orada olan bütün proseslərin Avropa dövlətləri tərəfindən idarə olunmasına çalışılır. Son nəticədə məqsəd Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdır. Ancaq bu elə də asan məsələ deyil. Çünki Avropa Birliyi, Avropanın bir sıra aparıcı dövlətləri çox gözəl başa düşürlər ki, Ermənistanı indiki məqamda Avropa Birliyinə daxil edəcəklərsə, külli miqdarda investisiya yatırılmalıdır. Bu investisiyanın yatırılmasını hansı dövlət öz üzərinə götürəcək? Rusiya-Ukrayna müharibəsi iki ildən artıqdır ki, gedir. Avropa dövlətlərinin hansısa investisiyanın Ukraynaya göndərilməsində ikitirəlik, üçtirəlik yaranır. Bu həmin Avropa dövlətləridir ki, Ukraynanı Rusiya ilə müharibəyə başlamaq üçün təhrik edirdilər. İndi isə Ukraynadan uzaq dururlar. Bütün bu proseslər Ermənistanın başında da cərəyan edəcək. Ancaq kəmiyyət  və keyfiyyətcə, həmçinin zaman baxımından bir qədər fərqli olacaq. İndiki məqamda Qafqazda Ermənistanın Avropa Birliyinə daxil olması real görsənmir. Ondan qabaq Gürcüstan var ki, onun demokratik göstəriciləri Ermənistandan üstündür. O zaman sual olunur ki, nə üçün Gürcüstan yox, məhz Ermənistan? Demək burada oyun oynanılır. Birinci məqam sülh sazişinin imzalanmasının bir addımlığında olan  Azərbaycana təzyiqlər göstərilməsi, ikinci məqam Rusiyadan Ermənistanı uzaqlaşdırmaq, üçüncü məqam isə Avropanın siyasi-iqtisadi resurslarının Ermənistanda cəmləşməsidir. Ermənistan siyasi hakimiyyətinin Avropa dövlətlərindən asılılığını tam təmin etmək üçün belə bir addımlar atılır. İndiki məqamda iqtisadiyyatı zəif olan, ümumilikdə Rusiyadan asılı, özünü müdafiə etmək qabiliyyətinə malik olmayan bir dövlətin Avropa Birliyinə qəbul olunması həm siyasi, həm iqtisadi, həm də hüquqi cəhətdən mental deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistana siyasi-iqtisadi dəstək verməklə qarşıda gözlənilən proseslərin idarə olunmasında Ermənistanın çəkisini süni şəkildə artırmağa çalışırlar. Ancaq biz çox gözəl bilirik ki, Ermənistanı heç bir Avropa Birliyi qəbul edə bilməz. Ən azından, bir il prosedur qaydaların həyata keçirilməsi gözlənilir. İkinci məqam ondan ibarətdir ki, Rusiya heç bir keçmiş SSRİ məkanında olan dövlətin onun nəzarətindən çıxıb Avropa Birliyinin nəzarətinə keçməsinə imkan verməyəcək. Ukraynada bu proseslər bir qədər fərqli oldu. Hazırda Ermənistanın belə addımlar atması onun təhlükəli yola qədəm qoyduğundan xəbər verir. Avropanın siyasi-iqtisadi dairələri  əllərindən gələn təzyiqləri göstərəcəklər ki, Ermənistanı Rusiyanın siyasi, iqtisadi və hərbi orbitindən ümumiyyətlə kənarda saxlaya bilsinlər. Yenə də qeyd edirəm ki, bu elə də asan məsələ deyil. İndiki məqamda Ermənistanın Avropa Birliyinə üzvlüyü real görünmür”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031