Latviya rusları deportasiya edəcək -rəsmən açıqlandı
Latviyada rusların deportasiası gözlənilir. Belə ki, ölkə rəhbərliyi Latviyada qalmaq hüququ olmayan 800 rusiyalını deportasiya edə bilər. Bu barədə Latviya Miqrasiya Departamentinin nümayəndəsi Madara Puke TV3-ə söyləyib.
“Hazırda 800 nəfər Latviyada qalmaq hüququ almayıb, nə daimi, nə də müvəqqəti yaşamaq üçün müraciət ediblər... Həmin şəxslərlə bağlı məlumatları gələcək yoxlanış üçün Dövlət Sərhəd Xidmətinə vermişik. Yaxın həftələrdə bu insanların hələ də Latviyada olub-olmaması bəlli olacaq. Əgər belə olsa, 30 gün müddətinə getmə əmri veriləcək”. Latviya rəsmisi bildirib ki, latış dili imtahanından keçə bilməmiş Rusiya vətəndaşları iki il müddətinə müvəqqəti yaşama icazəsi üçün müraciət edə bilər, bundan sonra onların latış dili bilikləri yenidən yoxlanılacaq: növbəti dəfə uğursuz olanlar deportasiya olunacaqlar.
Mətləb Salahov