KÖHNƏ VERSİYA            

Rusiyaya bağlı qüvvələr Ermənistanda hakimiyyət çevrilişi üçün hərəkətə keçdilər...

Image

Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu mətbuat konfransında səsləndirdiyi fikirlərin Moskva-İrəvan münasibətlərinə növbəti zərbə olacağı barədə səslənən fikirlər artıq özünü doğruldur. Kreml təmsilçiləri Ermənitanın yanaşmasına gözlənildiyi kimi sərt reaksiya verir. 

Xatırladaq ki, Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib. Onun sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir: “Biz Rusiya tərəfini qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən "Zvartnots" aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq". Paşinyan bu xüsusda müvafiq məktubun Rusiya tərəfinə təqdim olunduğunu da bildirib. Amma Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edir ki, Moskva Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması ilə bağlı diplomatik kanalları vasitəsilə ilə heç nə almayıb. Onun sözlərinə görə, İrəvan aeroportundan Rusiya sərhədçilərinin çıxarılacağı ilə bağlı Ermənistan tərəfindən qurum bildirişi gəlib: “Hesab edirik ki, bütün qərarlar qurumlararası çalışmaların yekununda qəbul ediləcək. Xatırlatmaq istəyirəm ki, məlum elan rəsmi İrəvan tərəfindən qeyri-dost addımlar və bəyanatların fonunda edilib. Çətin ki, bu cür təşəbbüslər Ermənistanın və onun təhlükəsizliyinin maraqlarına cavab versin”. Mariya Zaxarova onu da vurğulayıb ki, Ermənistan KTMT platforması ilə bağlı konkret razılaşmadan yayınır və bu, təəccüb doğurur: “Moskva hazırda Ermənistan rəhbərliyinin bu təşkilatla bağlı çox vaxt səsləndirdiyi səmərəsiz, ultimativ və bəzən isə təhqiramiz ritorikasından narahatdır”. Bu arada maraqlı məqamlardan biri də Avropa Parlamentinin Ermənistanın Avropa İttiofaqı üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul etməsidir. Qətnamə layihəsində deyilir: “Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”. Parlamentarilər icra strukturlarına Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələri gücləndirməyi tövsiyə ediblər. Avropa Parlamenti İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dayandırılmasına istinad edib. Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır, lakin Aİ-də konkret siyasi mövqelərin təşviqi və yayılması üçün istifadə olunur. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dayandırdığını bildirib. O, Minskdə keçirilən KTMT sammitində də iştirak etməyib. Zaxarova isə diqqəti ona da yönəldib ki, Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür. Onun sözlərinə görə, Fransanın elə imkanları olsaydı, Parisin müqavilə öhdəlikləri olduğu ölkələrdə onu tətbiq edərdi: “Hansı ki, Fransa bunu etməyə məcbur idi, çünki buna görə pul alırdı. Bu, Afrika qitəsidir. Fransanın bu ölkələrdəki missiyası çox uğursuz olub. Buna səbəb hansısa siyasi anlaşılmazlıq olub. Ona görə ki, Fransa öz tərəfdalarını həmin ölkələr üçün ən kritik məqamda tək qoyub, onları atıb. Həmin ölkələr Fransa mövcudiyyətini əvəz edəcək, onların təhlükəsizliyini təmin edəcək ölkə axtarmağa başlayıblar. Fransanın Saxara regionunda apardığı sülhməramlı və vasitəçilik missiyasının necə uğursuzluqla başa çatdığını unutmamağa dəyər. Bu, mənə elə gəlir ki, çox parlaq nümunədir”. 

Baş verənləri şərh edən erməni politoloq Argişti Kiviryan bildirir ki, Rusiya indi ona görə hərəkətə keçmir ki, Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınır: “Paşinyan Rusiyanın Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yan keçməsinə imkan verməsə, “qırmızı xətt”i keçəcək”. Onun sözlərinə görə, bu, Saakaşvilinin taleyinin təkrarlanması üçün ilk addım olacaq: “Əgər Rusiya Ermənistandan hərbi bazasını çıxarmaq istəmirsə, deməli, onu çıxarmayacaq və bu, Ermənistanın hakimiyyətindən asılı deyil”. Kiviryan bildirib ki, Paşinyan sülh dövrü elan edib, amma əbədi müharibə dövrünü açıb: “Paşinyanın siyasəti sülhə aparmır, 44 günlük müharibə latent formada davam edir, o, sülh dövrü elan etsə də, əbədi müharibə dövrü açıb”. Bunlar fonunda rusmeylli qüvvələr də Ermənistanda hərəkətə keçib. Məsələn, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan maraqlı bəyanatla çıxış edib. O, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb: “Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”. Baş verənlərlə bağlı “armenianreport” portalı yazır ki, Rusiyaya bağlı qüvvələr indi daha fəal olub. Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyası isə xalqı yenidən inqilaba səsləyir: “İndiki hakimiyyət ideal deyil, onların çoxlu uğursuzluqları var və onları tənqid etmək üçün bir şey var. Və biz də bunu edirik. Amma eyni zamanda, indikiləri əvvəlkilərlə müqayisə etmək olmaz. Şübhəsiz ki, əvvəlkilər dünyanın ən əxlaqsız, ən dəyərsiz, ən hiyləgər, ən həyasız hakimiyyətləri idi. Onların bütün varlığı yalnız bir şeyə - şəxsi zənginləşməyə yönəlmişdi. Bu, xaç atası  Serj Sarkisyanın başçılıq etdiyi oliqarxlar ölkəsi idi. O, öz sələfinin işini davam etdirən - Ermənistandakı bütün bəlaların səbəbkarına çevrilən klan-oliqarx sistemini ən azğın formada gücləndirən ölkə qulduru, hakimiyyəti qəsb edən şəxs idi. Serj Sarkisyan, onun qardaşları və yaxın əyanları kiçik və orta biznesi xarabalığa çevirdilər, yüz minlərlə insan qonaq işçiyə çevrilməyə məcbur oldu. Köçəryan və Sarkisyanın dövründə Ermənistanda korrupsiya sistemli xarakter alıb və geniş vüsət alıb. Dövlət büdcəsini isə açıq şəkildə və ya eyni rejimə yaxın adamların udduğu saxta tenderlər yolu ilə talan etdilər. Hələ Serj Sarkisyanın ailə üzvlərinin, ilk növbədə Saşikin fəal iştirak etdiyi ofşor şirkətləri və əmlakın yenidən bölüşdürülməsinin kobud üsullarını demirik. Və bütün bunlardan sonra onun partiya funksionerləri hələ də ağızlarını açmağa cəsarət edirlər? Onların xalqı inqilaba səsləməsi yalnız öz maraqlarından qaynaqlanır və burada xarici sifariş də olmamış deyil”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031