KÖHNƏ VERSİYA            

6 kosmonavtdan biri erməni olacaq - Ermənistanı Marsa uçururlar...

Image

5 ölkədən 6 astronavtın iştirak etdiyi beynəlxalq missiya Qırmızı Planetdəki şəraiti simulyasiya edən təcrid olunmuş mühitdə həyata keçiriləcək. Bu barədə İXBT.com məlumat yayıb. 

Ermənistanda Avstriya Kosmik Forumu və Ermənistan Kosmik Agentliyi tərəfindən təşkil edilən Marsın AMADEE-24-ün analoq modelləşdirilməsinə başlanılıb. Missiya üçün xüsusi avadanlıq 2024-cü il martın 12-dən aprelin 5-dək Marsa gələcək missiyalara hazırlıq üçün müxtəlif millətlərdən olan altı astronavtın çalışacağı Ermənistandakı sınaq poliqonuna çatdırılıb. Layihəyə 26 ölkədən 200-dən çox alim cəlb olunub.

Astronavtlar təcrid olunmuş mühitdə yaşayıb işləyəcək, yalnız prototip OeWF Mars kostyumlarını geyəcəklər. Vyanadakı Missiyaya Dəstək Mərkəzi ilə əlaqə Marsa olan məsafəni simulyasiya edərək 10 dəqiqəlik gecikmə olacaq. Robot texnikası və geologiya təcrübələrində astronavtlar ətraf mühiti tədqiq etmək və xəritələşdirmək, torpaq nümunələrini toplamaq və yükləri daşımaq üçün Mars avarçəkənlərinə bənzər dronlardan və robot nəqliyyat vasitələrindən istifadə edəcəklər. Missiya Marsdakı şəraitin simulyasiyasıdır, bu müddət ərzində astronavtlar problemləri həll etmək üçün öz ekipajından tamamilə asılı olacaq. Ekipajın təhlükəsizliyini təmin etmək və lazımi təmir işləri aparmaq üçün mütəxəssislər qrupu yerində olacaq.

Yerüstü şəraitdə Marsda fəaliyyətlərin simulyasiyası gələcək missiyaların dizaynı üçün faydalı bir vasitədir. O, planetar kəşfiyyat missiyalarının faydalarını və məhdudiyyətlərini başa düşməyə kömək edir, həmçinin texnologiyaların və iş axınlarının imkanlarını və məhdudiyyətlərini araşdıraraq uzaq elmi əməliyyatların inkişafına töhfə verir. Ararat əyalətindəki sınaq sahəsi Marsa geoloji və topoqrafik oxşarlığına görə seçilib. AMADEE-24 missiyası insan tərəfindən dəstəklənən alətlərdən istifadə edərək avadanlığın davranışını öyrənmək, həyatın aşkarlanması və geoloji kəşfiyyat üsullarını sınaqdan keçirmək üçün platformalar hazırlamaq, robotlaşdırılmış missiya dəstəyi və uzaqdan idarəetmə mərkəzindən yüksək situasiya məlumatlılığı yaratmaq imkanı verir.

Bilindiyi kimi, Marsa uçacaq 6 astronavtdan biri erməni olacaq.   Əslində, bu işə Ermənistan yox, Azərbaycan cəlb edilməlidir. Çünki artıq Azərbaycanın üç kosmik peyki var, kosmos dövlətidir. Beynəlxalq Astronavtika Federasiyasının konfransı  ötən il Azərbaycanda keçirilib. 

Keçən əsrin 70-ci illərində Heydər Əliyev Beynəlxalq Astronavtika Federasiyasının XXIV konqresinin Bakıda keçirilməsinə nail olub. 1973-cü ilin 7-13 oktyabr tarixlərində "Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz" devizi altında Bakıda keçirilən, kosmonavtlar və astronavtların da iştirak etdiyi həmin konqresi Heydər Əliyev beynəlxalq əhəmiyyətli bir hadisə kimi qiymətləndirmiş, hazırlıq mərhələsini diqqətdən kənarda qoymamış, uğurla keçirilməsi üçün elmin və ictimai-siyasi həyatın ən görkəmli nümayəndələrindən ibarət təşkilat komitəsi yaratmış, bununla da Azərbaycanın kosmonavtika tarixinin təməlini qoymuşdu. 

Qeyd edildiyi kimi, keçən əsrin 70-ci illərində Heydər Əliyev o konfransı Bakıda keçirib. Ötən il də bu konfrans  keçirildi. Azərbaycanın kosmik fəza ilə əlaqəsi daha böyükdür, nəinki Ermənistanın. Bu işə niyə Azərbaycanı yox, bu sahədə heç bir uğuru olmayan Ermənistanı cəlb edirlər? Bu işlər niyə Ermənistanla  həyata keçirilir, Azərbaycanla yox?

İlham Baratov: “Bu işə məhz Azərbaycanın cəlb edilməsi daha məqsədəuyğun olardı” 

Kosmik Tədqiqatlar Mərkəzinin keçmiş əməkdaşı İlham Baratov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanda məkan olaraq “Ararat” ərazisi seçilib: “Əlbəttə biz, bizim aidiyyəti orqanlar çalışmalıdır ki, belə işlərə Ermənistan yox, Azərbaycan cəlb edilsin. Çünki bu işə məhz Azərbaycanın cəlb edilməsi daha məqsədəuyğun olardı. Biz Azərbaycanda “Ararat”dan da geniş şəraitə malik olan  Şamaxı Astrofizika Rəsədxanasını göstərə, onun üstünlüyündən, burada Marsla əlaqəli yeni işlərin  görülməsindən danışa bilərik. Bu bir daha göstərə bilər ki, Şamaxı Astrofizika Rəsədxanasında müşahidə materiallarının işlənməsini, təhlillərin,   nəzəri astrofizika sahələrində tədqiqatların aparılmasını bu işləri təşkil etmək istəyən qurumlara çatdırmalıyıq. Çalışmalıyıq ki, bu işlər Ermənistanda yox, Azərbaycanda həyata keçirilsin. Bu işləri təşkil etmək istəyən qurumların hamısına ingilis dilində məktublar hazırlanmalı, rəsədxanada görülən işlərin, buradakı infrastrukturun “Ararat”dan daha üstün olduğunu, bizim ailmlərin daha çox nailiyyət əldə etdiyini onların nəzərinə çatdırmalıyıq. Əlbəttə ki, Azərbaycanda aidiyyəti orqanlar bu sahədə geniş işlər görəcəklər, çalışacaqlar ki, bu işlər Ermənistanda yox, Azərbaycanda olsun”.

Mütəxəssis qeyd etdi ki, o, rəsədxana haqda qısa məlumat verdi, əslində isə bu rəsədxananı göstərmək, orada görülən işləri beynəlxalq qurumlara təqdim etmək lazımdır.  

İbrahim Rüstəmli: “Bu layihənin məqsədi kosmik tədqiqat, Marsın araşdırılması, elmi araşdırmaların aparılması kimi qələmə verilsə də, bu məsələnin arxasında siyasi planlar dayanır” 

Tanınmış hərbi ekspert İbrahim Rüstəmli isə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın bu sahədə əməkdaşlığa cəlb edilməsi yenə də gəlib bəzi qüvvələrin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyinə dayanır. “Biz həmişə bu barədə danışarkən vurğulamışıq ki, indi Cənubi Qafqazda bir sıra Qərb və Avropa dövlətlərinin mövqe savaşı gedir. Avropa və Qərb Rusiyadan Ermənistanı birdəfəlik almaq, qoparmaq məqsədilə bütün vasitələrdən istifadə edir. Bilirsiz ki, Ermənistan ərazisində Avropa İttifaqının xüsusi missiyası yerləşir. Bu missiyanın iştirakçılarının böyük əksəriyyəti kəşfiyyatçıdır. Əslində bütün işlər kəşfiyyat məqsədilə aparılır. Yəni burada təhlükəsizlik, guya bölgədə sülhün bərpası, nəzarət kimi  məsələlər sonuncu yerdə gəlir. Məqsəd məlum dövlətlərin Cənubi Qafqazda Ermənistanın timsalında öz mövqeyini gücləndirməkdən ibarətdir. Avstriya Kosmik Forumunun  Ermənistan Kosmik Agentliyi ilə birgə həyata keçirdiyi bu layihə əslində elmi xarakterdən çox siyasi xarakter daşıyır. Bura 26 ölkədən 200-dən çox elm adamının dəvət olunması və bu işə təbii ki, külli miqdarda vəsaitin ayrılması və sair kimi amillər daha çox Ermənistanı özəlləşdirmək məqsədi daşıyır. Eyni zamanda da bu, Cənubi Qafqazda vəziyyətə daha çox nəzarət imkanı qazanmaq mahiyyətini güdür. Bunu niyə Azərbaycanda etmirlər? Çünki Azərbaycan müstəqil bir dövlətdir. Azərbaycan bu gün Cənubi Qafqazda yeni geosiyasi reallıqları yaradan dövlətdir. Bu gün Azərbaycan bir  sıra Qərb və Avropa dövlətlərinin, yaxın, uzaq qonşularımızın, həmçinin də Rusiyanın, Ermənistanın iradəsinin əskinə olaraq, öz ərazisini bərpa edib. Fikir vermisinizsə, Putin yana-yana  bəyanat verdi ki, daha Ermənistanın baş naziri Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa biz nə edə bilərik…”     

İ.Rüstəmli qeyd etdi ki, Azərbaycanın beynəlxalq aləmdə öz sözünü deməsi, müstəqil siyasət aparması, öz müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə dərin hörmətlə yanaşaması bəzi ölkələri narahat edir, çünki onlara marionet dövlətlər lazımdır. “O dövlətlərin vasitəsilə bunlar özlərinin daha böyük siyasi missiyalarını həyata keçirirlər. Cənubi Qafqazda bu missiyanın başında  vassal dövlət kimi Ermənistan dayanır. Ona görə də Avropa və Qərb dövlətlərinin Avstriyanın timsalında bu və digər dərəcədə Ermənistan ərazisinə etap olunması heç də təsadüfi xarakter daşımır. Çünki Ermənistan daim başqa-başqa dövlətlərin dili ilə danışır, başqa dövlətlərin mövqeyindən çıxış edir, başqa dövlətlərdə yazılmış ssenariləri öz tribunasından üzündən oxuyaraq təkrarlayır...”  

İ.Rüstəmli qeyd etdi ki,  Azərbaycan müstəqil siyasət yürütdüyü və o dövlətlərin maraqlarının bizim bölgədə təmin edilməsinin qarşısını aldığı üçün Qərb dövlətləri öz layihələrini Ermənistanda həyata keçirməyə çalışacaqlar. “Bu layihənin məqsədi kosmik tədqiqat, Marsın araşdırılması, elmi araşdırmaların aparılması kimi qələmə verilsə də, bu məsələnin arxasında siyasi planlar dayanır”.

İ.Rüstəmli hesab edir ki, o kosmik layihənin Ermənistanda həyata keçirilməsi Qərbin planıdır və onlar Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq, Qarabağ məsələsini yenidən körükləmək, eyni zamanda da Rusiya sərhədinə daha yaxın olmaq niyyəti güdürlər. “Təsəvvür edin, Ermənistanda bir kosmik qurğunun olması Rusiyaya nəzarət məsələsində irəliyə atılmış çox ciddi addım olacaq. Yəni bu gün Qərb və Avropa dövlətləri Rusiya ilə müharibə vəziyyətindədirlər...”-deyə İ.Rüstəmli bildirdi.  

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031