Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi genişləndi - FƏRMAN
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi genişlənib.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının üzvləri sırasına Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini də daxil edilib.