ÜST rəhbəri Bakıda pandemiya sazişinin imzalanması üçün çağırış etdi
Səhiyyə risk altında olanda bütün dünya riskdə olur. Trend xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus (Tedros Adhanom Ghebreyesus) XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“Pandemiyanın qlobal səviyyədə geosiyasi gərginliyi artırdığının şahidi olduq. Hazırki məsələ odur ki, biz bu olanlardan dərs götürmüşük? ÜST-ə üzv olan 194 dövlət danışıqlar aparır ki, növbəti dəfə pandemiya olsa, ona qarşı necə mübarizə aparılacaq. Mühim sahələr var ki, orada konsensus hələ də əldə olunmayıb.
ÜST-ün milli suverenliyə təhdid olduğunu deyirlər . Bu tamamilə yalandır. Əgər biz pandemiya sazişini bağlama fürsətini əldən qaçırsaq nəticələri yaxşı olmayacaq”,- deyə o bildirib.