Ukrayna diversiya qrupu Kurska hücum etdi - bölgədə ağır döyüşlər gedir...
Kursk vilayətinin Tyotkino qəsəbəsində Ukrayna diversiya-kəşfiyyat qrupu ilə Rusiya Milli Qvardiyası (Rosqvardiya), Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçiləri arasında döyüşlər gedir.
Kursk qubernatoru Roman Starovoyt Rusiya ordusunun Tetkino vasitəsilə bölgəyə soxulmağa çalışan Ukrayna qoşunlarının qarşısını aldığını açıqlayıb. Qubernator bildirib ki, Ukrayna təxribat bölmələri yeni hücuma başlayıb, lakin FSB sərhəd təhlükəsizliyi və Rusiya ordusu hücumu dayandıra bilib.
Regionun qubernatoru əhaliyə müraciət edərək diqqətli olmağa, şübhəli şəxslər, sahibsiz əşyalar barədə məlumat verməyə çağırıb.
Eyni zamanda, qubernator bölgədə PUA təhlükəsi olduğunu, hava hücumundan müdafiə qüvvələrinin hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov da səhər saatlarında baş verən hücumda yaralananların sayının 6-ya yüksəldiyini açıqlayıb. Hücum nəticəsində bir nəfərin öldüyü açıqlanıb.
Tahir TAĞIYEV