Rusiya Ermənistana qarşı sərt cavablar hazırlayır - ABŞ İnstitutu
Rusiya Ermənistana qarşı sərt cavablar hazırlayır. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.
Bildirilir ki, Ermənistan Rusiyadan uzaqlaşmağa davam edir. Kremlə bağlı ekspertlər qeyd edirlər ki, Qərb Moskvadan uzaqlaşması üçün İrəvanı şantaj edir.
Qeyd edək ki, ABŞ institutu bir müddət bundan öncə "Rusiyadan uzaqlaşmaq Paşinyana baha başa gələcək", deyə yazmışdı.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında ölkəsinin "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanladığını demişdi.