"Fransanın Ermənistana silah-sursat satması bu ölkəyə açıq dəstək idi" - Volkan Bozkır
Parçalanan dünyanın yenidən birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Biz bilməliyik ki, bu parçalanmanın səbəbləri nələrdir. Qarşımızdakı problemlərin həllinə siyasi yollarla xidmət etməliyik. Biz bütün dünyanın bərpası üçün düzgün nizamlanma barədə düşünməliyik.
BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
BMT-nin rolunun yenidən danışılmalı olduğunu deyən Volkan Bozkır qeyd edib: “BMT çox mühüm təsisatdır. Hazırda onu əvəz edəcək başqa bir qurum yoxdur. Onun təsisatları əzmkar şəkildə çalışırlar. Lakin BMT münaqişələrin sülh yolu ilə həllinə heç bir töhfə vermir. Bu isə təsisata olan etimadı itirir”.
Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən Volkan Bozkır bildirib: “Münaqişələr sülh yolu ilə həll edilməsə, hər bir ölkə fərdi şəkildə yol axtaracaq. Fransa keçmiş Minsk qrupunun üzvü, Azərbaycanın dostu idi. Lakin Fransanın Ermənistana silah-sursat satması bu ölkəyə açıq dəstək idi”.
ZÜMRÜD