"COP29-da bütün dünyanın diqqəti Azərbaycanda olacaq" - Britaniyanın Baş naziri
COP29-da bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın XI Qlobal Bakı Forumun iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.
"COP29-da maliyyə mənbələrinə diqqət yetiriləcək. Biz öz təcrübələrimizi Azərbaycanla bölüşməyə hazırıq.
Bakı Qlobal Forumunun bugünki iclasında birgə təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediləcək. Azərbaycan gələcəyi ilə bağlı yol kəsişməsindədir. Bu ilin noyabrında səfər zaman Cənubi Qafqaz ölkələrini sülh içərisində görmək daha yaxşı olardı. Böyük Britaniya qarşılıqlı firəvanlıq naminə dəyişməyə və genişlənməyə davam edir. COP29-un uğurlu keçirilməsi üçün Böyük Britaniya Azərbaycanın yanında olacaqdır”,- deyə o bildirib.
ZÜMRÜD