"Zəngəzur dəhlizi açılmalı, Ermənistan gerbindən Ağrı dağını çıxarmalıdır" - Binəli Yıldırım
Zəngəzur dəhlizi mütləq açılmalıdır. Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib.
"Bu atəşkəs razılaşmasında da əks olunub. Qarabağ münaqişəsinin həllindən sonra Ermənistan ölkəsini blokadadan çıxarmaq üçün fürsət əldə edib. Konstitusiyaları dəyişməlidir, Ermənistan bölücü məqsədlərindən əl çəkməlidir. Ağrı dağının simvolunu çıxarmalıdırlar",- o əlavə edib.