"Regionumuzda baş verən əsas geosiyasi dəyişik Azərbaycanın suverenliyinin tam bərpasıdır" - Prezident
Sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır.
Bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.