Qlobal forum bəyan etdi- Azərbaycanın süverenliyinin bərpası ən böyük geosiyasi hadisədir...
"Azərbaycan qeyri-qanuni işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı." Bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”. Dövlətimizin başçısı daha sonra deyib:
"Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi - birincisi, bu, beynəlxalq hüququn tam pozulması, ikincisi isə bu, belə bir ölkə üçün çox böyük iddia idi. Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər”, - deyən dövlətimizin başçısı əlavə edib ki, onlar bundan 2020-ci ilin sentyabr-noyabrında dərs götürdülər.
Mətləb