"Parçalanmış dünyanın bərpası üçün körpülər salmalıyıq" - Albaniya Prezidenti
Albaniya Prezidenti Bayram Beqay (Bajram Begaj) Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib ki, parçalanmış dünyanın bərpası üçün körpülər salınmalıdır: "Avropadakı problemlər qapımızın kandarındadır. Biz təhlükəsizliklə bağlı gücümüzü birləşdirməliyik. Albaniya NATO-nun qabaqcıl tədbirlərinə töhfə verən ölkə olub. Albaniya dialoq və diplomatiyanı təşviq etməkdə ön sıralarda yer alıb".
B.Beqay hesab edir ki, gələcək çiçəklənən, süllh içində olan Avropadan keçir: “Biz qonşuluq siyasətinin davam etdirilməsinə həm ölkəmizdə, həm də ölkəmizdən kənarda hazırıq. Artıq vaxt yetişib, dostluq, əməkdaşlıq yolunda irələməliyik. Parçalanmış dünyanın bərpası üçün körpülər salmalıyıq. Bu da sülhü təşviq edə bilər”.
Mətləb