Tramp Avropa ölkələrini hədəfə aldı: "Onlar 100 milyard dollar az xərcləyir"
"Avropa ölkələri Ukraynaya kömək üçün ABŞ qədər vəsait ayırmalıdır, əks halda bu, amerikalı vergiödəyicilərinə qarşı ədalətsizlikdir." Bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. Bildirib ki, Avropa Kiyevə dəstək üçün Vaşinqtondan 100 milyard dollar az xərcləyir.
O, jurnalistin prezident seçkilərində qalib gələcəyi təqdirdə, Kiyevə ayrılan vəsaiti azaldıb-azaltmayacağı ilə bağlı sualını da cavablandırıb. “Avropa ölkələri birləşərək eyni məbləği ödəməlidir”, - deyə Tramp Ukraynadakı vəziyyətin onların təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
Mətləb