İsrail rəsmisindən şok iddia - ABŞ Netanyahunu devirməyə çalışır...
İsrailin yüksək rütbəli siyasi rəsmisi ABŞ administrasiyasının İsrailin baş naziri Netanyahu hökumətini devirməyə çalışdığını iddia edib.
“The Jerusalem Post”un xəbərinə görə, ABŞ kəşfiyyatının “Təhlükələrin İllik Qiymətləndirilməsi Hesabatı” ilə bağlı açıqlama verən adı açıqlanmayan İsrail rəsmisi deyib ki, bu Netanyahu administrasiyasının daha mötədil bir hökumətlə əvəz oluna biləcəyi barədə xəbərdarlıqdır.
“Biz dostlarımızın İsraildə seçilmiş hökuməti deyil, HƏMAS terror rejimini devirmək üçün hərəkətə keçməsini gözləyirik” – deyə İsrail rəsmisi bildirib.
Netanyahunu başqasının deyil, İsrail vətəndaşlarının seçdiyini deyən adı açıqlanmayan Təl-Əviv rəsmisi bildirib ki, İsrail ABŞ-ın himayəsində olan bir dövlət deyil: “İsrail, hökuməti vətəndaşlar tərəfindən seçilən müstəqil və demokratik bir ölkədir”.
ABŞ Kəşfiyyat Birliyinin fevral ayında hazırladığı 41 səhifəlik “Təhlükələrin İllik Qiymətləndirilməsi Hesabatı” martın 11-də dərc edilib. Hesabatda bildirlir ki, müharibədən əvvəl Netanyahunun idarəçilik qabiliyyətinə olan inamsızlıq daha da dərinləşib. İsrail baş nazirinin istefası və seçki tələbi ilə böyük etiraz aksiyalarının keçiriləcəyinə diqqət çəkilən hesabatda qeyd edilir ki, İsraildə fərqli və daha mötədil bir hökumət qurulması mümkündür. deyildi.
Tahir TAĞIYEV