Rusiya Finlandiya sərhədinə qoşun yığır, Helsinki narahatdır – açıq şəkildə Qərblə münaqişəyə hazırlaşırlar...
Avropa Parlamentində çıxışı edən Finlandiyanın Baş naziri Peteri Orpo Rusiyanın Qərblə uzunmüddətli münaqişəyə hazırlaşdığını iddia edib.
“Rusiya açıq şəkildə Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır və Avropa üçün bu ciddi hərbi təhlükədir. Əgər biz vahid Avropa olaraq bu çağırışa adekvat cavab verə bilməsək, qarşıdakı illər qorxu və hücum təhlükəsi ilə dolu olacaq”, – Finlandiyanın Baş naziri bildirib.
“Rusiya yenilməz deyil”- deyən Orpo Avropanın müdafiə xərclərini artırmağa çağırıb.
Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO üzvlüyü üçün müraciət edib. Finlandiyanın üzvlüyü 2022-ci ilin aprelində təsdiqlənib, İsveç isə martın əvvəlində rəsmi olaraq NATO-nun 32-ci üzvü olub.
Rusiyanın iki qonşusunun NATO-ya üzv olmasından sonra açıqlama verən Rusiya lideri Putin Finlandiya və İsveçin NATO-da iştirakını mənasız addım adlandırıb.
Rusiya dövlət agentliyi RİA-ya danışan Putin Finlandiya sərhəddində hərbi baza qurmağa qərar verdiklərini də açıqlayıb. "Orada əsgərlərimiz yox idi, indi olacaq. Finlandiya sərhədində hərbi birlik quracağıq" - Putin deyib.
Tahir TAĞIYEV