Avropa İttifaqı Ermənistanın üstündə Rusiyaya daha bir həmlə etdi...
Qərbin Ermənistanı qorxunc təxribatlara sürükləməsi adi hal alıb. Böyük kriteriyalarla tələblər qoyan Avropa Birliyi, söz azadlığının olmadığı, iqtisadi inkiaş əvəzinə sosial dilənçiliyin tüğyan etdiyi Ermənistana "yaşıl işıq" yandırmaq istəyir. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə yazıb. A.Quliyev yazır:
Avropa Parlamenti Ermənistana Avropa Birliyi üzvlüyünə namizəd statsu verilməsini təklif edən qətnamə layihəsini müzakirəyə çıxardıb. Qətnamə layihəsinin müəllifi Avropanın ən böyük sayılan, Avrokomissiyanın hazırkı sədri Ursula Fon der Lyayenin yenicə rəhbər seçildiyi Xalq partiyasıdır. Hələ layihə üzrə qətnamə qəbul edilməyib.Ancaq layihənin arxasında Lyayenin iradəsi varsa, qəbul olunmamaq şansı çox azdır...
Mətləb