KÖHNƏ VERSİYA            

Qohumların evlənməsini qadağan etmək mümkün olacaqmı? - Min illərlik adət…

Image

El arasındakı məsələ görə, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib. Tibb nə qədər bunun əksini söyləsə də, Azərbaycanda bu atalar məsəlini qanun qəbul edən  bir çox ailələr mövcuddur. Belə ki, qohum evliliklərinin sayı digərləri ilə müqayisədə üstünlük təşkil edir. 

Adətən valideynlər deyirlər ki, yad qızını alınca, qızımızı özgəyə verincə el-obamızdan olan, əsil-nəslinə bələd olduğumuz qardaşımız, bacımız övladlarını öz ocağımıza gətirək, ya da gəlin köçürək. Ancaq qohum nikahlardan dünyaya gələn uşaqların sağlam olmadığı danılmaz faktdır. Bu səbəbdən də ölkəmizdə qohum nikahların qadağan olunması müzakirə olunur.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsinin müzakirə olunduğunu bildirib: “Qohum evlilikləri strateji məsələ olaraq bizim genofondumuza təsir edir. Cəmiyyət baxımından isə öz gələcəyimizə təsir edir. Bu evliliklər nəticəsində doğulmuş xəstə, əlil uşaqlar iztirab çəkirlər. Bu, nəinki dövlətin, hər birimizin problemidir. Məsələnin kökü ona dayanır ki, problemin qarşısını almaq üçün nə edə bilərik. İkinci və üçüncü dərəcəli qohum evliliklərinə qadağa qoyulması məsələsi gündəmə gətirilir. Bu, kifayət qədər yayılmış məsələdir”.

Qohum evliliklərlə bağlı məsələ uzun illərdir müzakirə olunur, bununla bağlı maarifləndirmə işi aparılır. Ancaq bu sahədə vəziyyət olduğu kimi qalıb. 

Maraqlıdır, qohum evliliklər qadağan oluna bilərmi? 

Əhməd Qəşəmoğlu: “Belə evlənən adamlara sərt münasibət olmalıdır, dini idarələr də bu cür evliliyi haram elan etməlidir” 

Sosioloq Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, qohum evliliklərindən söz açarkən biz daha çox əmiqızı, xalaqızı, dayıqızı, dayıoğlu, xalaoğlu kimi yaxın insanların evliliklərindən danışmalıyıq: “Hansı ki, xristianlarda belə bu qohumlara ikinci bacı-qardaş deyirlər. Axı, biz görürük ki, bu cür evliliklərdən fəsadlı və əlil uşaqlar doğulur. Hətta dəhşətli bir məqam var ki, bəzən belə nikahdan uşaqlar tam sağlam dünyaya gəlir. Lakin illər keçəndən sonra onlarda xəstəlik üzə çıxa bilər. Mənə məlum olan fakt var ki, əmisi qızı ilə evlənən şəxsin bir oğlu doğuldu. O da 28-29 yaşında ailə həyatı qurdu və bir övladı oldu. Lakin 30 yaşından sonra onun böyrəyində çürümə prosesinin başladığı məlum oldu. Ailə övladını hətta başqa ölkələrə də apararaq müayinələr etdirdi. Sonradan bu fəsadın kökündə qohum evliliyi  məsələsinin olduğu üzə çıxdı. Başqa belə bir hadisə isə sevərək evlənən əmioğlu və əmiqızının başına gəlib. Belə ki, onların üç övladı dünyaya gəlib. Lakin onların hər biri əqli cəhətdən zəif doğulub. Bu ailənin bütün qazandığı vəsaitlər də uşaqların müalicəsi üçün sərf olunur. Bir sözlə, onlar öz həyatlarını puç ediblər. Bəs burada uşaqların nə günahı var?! Belə evliliklərdə ana bətninə düşən ilk gündən uşağın xəstə doğula biləcəyi ilə bağlı ana, ata, qohumlar 9 ay boyu gərginlik içərisində yaşayırlar. Bu müddət ərzində gərginlik uşağa belə sirayət edir. Bu da uşaqda yeni fəsadların yaranmasına səbəb ola bilir. Ona görə də yaxın qan qohumu olan adamların evlənməyi ağlamalı, utanmalı bir hadisədir. Hətta bütün xristian aləmi belə bu məsələdə bizə ironiya ilə gülür. Bütün bunları nəzərə alaraq qanunvericilikdə yaxın qohum evliliyi qadağan edilməlidir. Belə evlənən adamlara sərt münasibət olmalıdır. Dini idarələr də bu cür evliliyi haram elan etməlidir. Haram sözünün ilk növbədə fəlsəfəsini anlamaq lazımdır. İslamda o şeylər haram buyurulub ki, onlardan insanın bədəninə, həyatına xəta, bəla gəlir. Bundan böyük təhlükə ola bilərmi?! Bəzən fəsadlar uşağın özündə yox, onun övladında olur. Ona görə də bu məsələyə ciddi şəkildə həm qanunvericiliklə, həm də dinlə qadağa qoymalı olduğumuzu düşünürəm. Bizim xalqımızda bu ənənə olmamalıdır. Çox yaxşı olar ki, müsəlman, İslam aləmində biz bu sahədə qabağa düşək. Bunun özü də çox maraqlı bir tarixi hadisə ola bilər”.

Səmayə Bayramova: “Qohum evlilik genetik xəstəliklərin geniş yayılmasına təsir edən önəmli amillərdən biridir” 

Ginekoloq Səmayə Bayramova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qohum evlilik genetik xəstəliklərin geniş yayılmasına təsir edən önəmli amillərdən biridir: “Belə evlilikdən qüsurlu və xəstə uşaq doğulma risqi də artmaqdadır. Bəzi ailələri yanıldan isə ətrafındakı qohum evlilikdən sağlam uşağın olmasıdır. Halbuki, qohum evlilik hər hamiləlikdə xəstə uşaq doğulacağı mənasını vermir. Ailənin əvvəlki uşaqlarının sağlam doğulması, sonrakı hamiləlikdə risq olmadığını göstərmədiyi kimi, əvvəllər xəstə uşağın doğulması da sağlam uşağın doğulmayacağını göstərməz. Bəzi xəstəliklərin ortaya çıxmasında sadəcə anadan, yaxud atadan problemli gen keçsə də, bəzi xəstəliklərdə hər iki valideyndə problemli genlər rol oynayır. Belə bir vəziyyətdə ana və ata sağlam ola bilərlər, ancaq problemli gen daşımaqdadırlar. Yəni tibbi dildə desək, heteroziqot vəziyyətindədirlər. Xəstəliyin aşkarlandığı uşaq isə homoziqotdur, yəni hər iki problemli geni də aldığı üçün xəstədir”.

Ginekoloqun fikrincə, qohum evlilikdən uşaqların qüsurlu doğulması başqa tip əlilliyə də səbəb olur. Bunların bir qrupu xaricdən görünən, uşağın səhhətinə təsir edən daxili orqanlarındakı problemlərdi ki, buraya ürəkdə deşik, böyrəklərin fəaliyyətinin pozğunluğu və s. daxildir: “Yaxud, ağılın zəifliyini göstərmək olar. Bu gün faktdır ki, irsi xəstəlik olan talassemiyanın başlıca səbəbi qanda xəstə genlərin olmasıdır. Gələcəyimizin məhv olmaması üçün qohum evliliklər qadağan olunmalıdır”. 

Mehriban Zeynalova: “Yaxın qohumlar arasında nikah yolverilməzdir, anlamaq lazımdır ki, bu, uşaqların sağlamlığında ciddi problemlərə yol açır” 

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, yaxın qohumlar arasında nikah yolverilməzdir. Anlamaq lazımdır ki, bu, uşaqların sağlamlığında ciddi problemlərə yol açır: “Qohumların nikahı həmin ailələrdə xəstə uşaqların doğulmasına yol açır. Anemiya, autizm kimi xəstəliklər çoxalıb. Bu gün uşaqlar arasında ən müxtəlif xəstəliklər yayılmaqdadır. Bu, əhalinin və genofondun gələcəyi üçün çox təhlükəlidir”. 

M.Zeynalova hesab edir ki,  bu sahədə maariflənmə işi daha çox aparılmalıdır: "Əhalinin çoxu qohum nikahları pisləyir, ancaq yenə öz bildiklərini edirlər. Bu səbəbdən də məlum qanun yerinə düşəcək. Əsas odur ki, bu prosesi gizlin həyata keçirməsinlər. Bunlar sıradan bir  məsələ deyil, hamısı elmi əsaslandırılıb".

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031