Kremldən Putinin gözlənilən Türkiyə səfərilə bağlı açıqlama - dəqiq tarix yoxdur...
Rusiya Federasiyası prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hələ dəqiq tarixi yoxdur, lakin çox operativ şəkildə razılaşdırılacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
«Hazırda bu təmasların dəqiq tarixi yoxdur, amma diplomatik kanallar vasitəsilə çox tez razılaşdırılacaq», - Peskov bildirib.
O vurğulayıb ki, «səfər çoxdan hazırlanır».
"Biz də bu səfəri gözləyirik, bu təmasları yüksək səviyyədə gözləyirik. Çox aktual mövzular var. Bu, ilk növbədə, ikitərəfli münasibətlər, ticarət-iqtisadi əlaqələrdir, bu məsələlərdə dövlət başçılarının diqqətinə ehtiyac var, və, əlbəttə ki, həm beynəlxalq və regional məsələlər", - Peskov bildirib.