KÖHNƏ VERSİYA            

BAKI şəhidləri - Atıcı əsgər Murad Əliyev...

Image

2001-ci il 13 martda Binə qəsəbəsində dünyaya gələn Murad Əliyev 5 uşaqlı ailənin üçüncü övladı idi. Binə qəsəbəsindəki 136 №li tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra 101 nömrəli peşə-ixtisas məktəbində tam orta təhsilini bitirmiş, sürücülük ixtisasına da yiyələnmişdi. 

Zəhmətsevər idi Murad. İşləmək, ailəsinə dayaq olmaq, öz qazancı ilə yaşamaq istəyirdi. Həm də həqiqətsevər idi.  Kiminsə xoşuna gəlmək üçün yalandan gülümsəməzdi. Olduğu kimi, göründüyü kimi idi Murad. Heç vaxt haqqı nahaqqa verməyən Murad xalqımıza qarşı, vətəninə qarşı haqsızlıqla da barışa bilmirdi.

“Görürsən kimsə yalan danışır, nəsə düz hərəkət etmir, susuruq çox zaman. O susmazdı. Fikrini bildirərdi. Yalandan kimisə, nəyisə tərifləməzdi. Mənə onunla bölüşmək, söhbətləşmək rahat idi. Dost idik. Onunçün darıxsam da, bilirəm ki, qəhrəmandı, ən uca zirvədədi qardaşım”. Bunları söylədi bacısı Dilbər.

2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılır. Əvvəl Ağcabədidə, sonra Beyləqanda xidmət edir. Hələ Beyləqanda 702 nömrəli hərbi hissədə xidmət zamanı həmlə taboruna keçir. Həmlə taborunda olmaq həmişə öndə olmaq deməkdir. 

Həmişə öndə olan atıcı əsgər idi Murad. Döyüş tapşırıqlarını yerinə yetirəndə də, hücumda da birincilərin sırasındaydı. 

Atası Hüseyn Əliyev: 5 övladım olsa da o bir başqaydı mənim üçün. Bilmirəm hansı sözlərlə onu təqdim edim. Çox şən, hazırcavab, bacarıqlı idi. Mən kəmhövsələyəm bir az. Baxışımdan, adını bircə dəfə çəkməyimdən nə istədiyimi bilirdi. Ona hirslənə bilmirdim.  Çox həssas idi. Ümumiyyətlə, hamıyla dil tapırdı. Hərbi xidmətdə də az zamanda hamıyla dostlaşmışdı. Döyüş yoldaşları da ondan ürəkdolusu danışırlar. Onlara qulaq asanda oğlumla daha çox qürur duyuram. Hər gün ona “çox sağ ol, oğul” deyirəm...

Hazırcavab, məğlub olmağı sevməyən, cəldliyi, bacarığı ilə seçilən Murad Əliyev əsgəri xidmətdə də belə idi. “Çətinliyindən asılı olmadan, güllə altında olsa da verilən tapşırığı yerinə yetirməli idi. Qorxusu yox idi elə bil”-deyir döyüş dostları.

Anası Reyhanə xanım oğlunun həqiqi hərbi xidmətdən qayıtmasına hazırlaşırdı: Bir həftəyə gəlməli idi.  Xidmət zamanı daha tez-tez zəng edirdi. Müharibə başlayan dönəmlərdə  azaldı zəngləri. Müharibə başlayanda xəbər vermədi. Döyüşdə olduğunu demədi. Demə lap ilk hücumda olanların sırasında olub. Çox narahat idik. Bir də oktyabrın 7-də danışdıq. Gülə-gülə danışırdı. Özümdən asılı olmadan ağladım. Yenə zarafatyana dedi:“Ana, niyə ağlayırsan? Bax o azad olunan yerlər var ha, onların hamısını mən azad eləmişəm. Mən torpaqları ermənilərdən alıram, sən ağlayırsan”. Oktyabrın 31-də danışdıq son dəfə...  Bilirsiz, Murad hələ sağ idi, mən hər şəhidə ağlayırdım. Şəhidlik ən uca məqam olsa da, övlad acısıdı. Mənim oğlum ləyaqətli övlad idi. Başımızı əyəcək bir hərəkəti olmadı. Ölümü də ləyaqətli oldu. Bir arzum var ki, xalqımız bundan sonra müharibə görməsin. 

Hamının yaddaşında gülə-gülə qalıb: gülərüzlü Murad kimi. Həyatın aləlvan göründüyü yaşda idi. Həyatın üzünə gülən vaxtı idi. Bir arzusu da vardı Muradın : Şuşaya getmək. Elə Şuşa uğrunda döyüşlərdə də “Daha ölsəm də olar” deyirmiş həyatsevər Murad. Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə noyabrın 5-də şəhid olur Murad Hüseyn oğlu Əliyev. Üzündə təbəssüm, gözlərində sevinc.

Azərbaycanın ərazi bütövlüyü uğruna savaşan, noyabrın beşinə kimi qələbə dolu günləri yaşayan Murad Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”,” İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

“Döyüş yoldaşlarının söhbətlərindən bildik ki, xidmət zamanı da sevilib Murad. Öz cəsurluğu ilə seçilib. Ölümdən  heç kəs qaça bilməz. Hamı ölür. Necə yaşamaq önəmlidi. Murad insan kimi yaşadı, qəhrəman kimi öldü. Seçilmişlərdən oldu. Şəhidlər ruhən ölmürlər. Onlar həmişə bizimlədir. Onlar həmişə bizim inam, güvən yerimiz olacaq”. Bunları söyləyən Rəna Əliyeva Muradın bibisi qızıdır.

Böyük qardaşı Valehin sözlərinə görə Murad savaş zamanı tez-tez zəng etmirdi. Döyüşlər haqqında valideynlərinə heç nə demirdi. “Həmişə şən idi, zarafat edirdi. Arada mənimlə bölüşürdü. Şikayətlənməyi sevmirdi Murad. Ürəkli oğul idi. Mən təkcə qardaşımla deyil, bütün döyüşçülərlə, qazilərlə, şəhidlərlə fəxr edirəm. Müqəddəs amal uğrunda döyüşdülər, qalib oldular – dedi Valeh Əliyev.
 Şəhidlərin şəkilləri paylaşılır sosial şəbəkədə: hamısının üzündə təbəssüm var. Hamısı gülümsəyir. Hərdən düşünürəm ki,onların hər biri Muradın anası Reyhanə xanıma dediyi sözləri deyir biz ağlayanda: “ Ağlamayın, biz torpaqları azad etmişik ki, siz ağlayasız”?

Ailənin sönbeşiyi Məhəmməddir: qardaşım elə bil həm atam, həm qardaşım, həm dostum idi. Mən onunla fəxr edirəm. Böyüyəndə onun kimi qorxmaz əsgər olacam.Torpaqlarımızı bütün düşmənlərdən qoruyacam. 

Məhəmməd danışır. Mən gözlərindən işıq yağan Məhəmmədin səsindəki inamı görürəm. Müharibələrə qarşıyam, yer üzünə sülh arzulayıram. Amma bu arzunun gerçəkləşməsindən əmin deyiləm.  Vətəni düşmənlərindən qoruyacaq oğulların varlığına əminlik isə çox əvəzsiz duyğudur. 

Kamalə Abiyeva








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031