KÖHNƏ VERSİYA            

Özəl sektorun Azərbaycanın iqtisadi tərəqqisində xüsusi çəkisi artır...

Image

Azərbaycanın 1990-cı illərin əvvəllərindən etibarən başlayan yeni müstəqil inkişaf yolu ərzində əldə etdiyi nailiyyətlər, ilk növbədə, iqtisadi sahədə aparılan genişmiqyaslı əsaslı islahatların və dəyişikliklərin təbii nəticələridir. Ölkənin iqtisadi artım templəri bu dövr ərzində sabit xarakter daşıyıb.

Bunun bariz göstəricisi son 20 ildə artım tempinin yüksək həddidir. Əgər 2003-cü ildə Azərbaycanda ÜDM-in dəyəri 7,1 milyard manat idisə, ötən ilin yekunlarına əsasən, bu göstərici 123 milyard manata çatıb. Qeyd edək ki, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” prezidentin 2003-cü il 24 noyabr tarixli fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoydu. Həyata keçirilən proqramlar hesabına 20 illik dövrdə iqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb ki, bu ÜDM-də də öz əksini tapıb.

Sahibkarlıq iqtisadiyyatda həlledici yer tutur 

Heç şübhəsiz ki, ölkədə davamlı iqtisadi artıma bazar islahatlarının məqsədyönlü şəkildə həyata keçirilməsi, iqtisadiyyatda dərin struktur dəyişiklikləri, sənaye və müəssisələrin yenilənməsi və texniki cəhətdən yenidən təchiz edilməsi, rəqabətqabiliyyətli ixracyönümlü istehsal müəssisələrinin yaradılması, kiçik biznesin inkişafı və özəl sahibkarlıq ciddi təsir edib. Hələ ötən əsrin son dekadasında  hökumət qarşısında kiçik biznesin və özəl sahibkarlığın inkişafı üçün bazar infrastrukturunun və şəraitin yaradılması vəzifəsi qoyulub. M Nəticədə bu sektora dövlət dəstəyi tədbirləri müəyyən olundu. 

Bu gün sahibkarlıq iqtisadiyyatda həlledici yer tutaraq bazarı zəruri mal və xidmətlərlə dolduran, əhalinin gəlirlərinin və rifahının yüksəldilməsinin əsas mənbəyinə, məşğulluq problemlərinin həllində ən mühüm amilə çevrilib.  Bir çox inkişaf etmiş ölkələrin iqtisadi tarixləri sübut edir ki, özəl sektorun, eləcə də kiçik biznesin və özəl sahibkarlığın dəstəklənməsi, stimullaşdırılması olmadan ciddi müsbət makroiqtisadi göstəricilərə nail olmaq mümkün deyil. Bu fonda Azərbaycanda aparılan iqtisadi islahatlarda aşağıdakı meyilləri müəyyən etmək olar: sahibkarlara güzəştli kreditlərin ayrılması və kredit bazarının inkişafı; respublika iqtisadiyyatına investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması. Bu gün mikromaliyyənin inkişafı əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldiyi üçün ölkədə bazar islahatları siyasətinin həyata keçirilməsində bu məsələyə də xüsusi önəm verilir.  Mikromaliyyənin inkişafının əsas məqsədi kreditləşməni özəl sahibkarlığın dəstəklənməsi üçün daha səmərəli alətə çevirməklə əhalinin geniş təbəqələrinə kömək etməkdir. Bu gün Azərbaycan hökuməti bu sahənin möhkəmlənməsi və daha da inkişafı üçün əlverişli şəraitin yaradılması üçün səmərəli tədbirlər həyata keçirir. Əsas vəzifə fəaliyyət miqyasını və xidmətlərin həcmini artırmaqdan ibarətdir ki, nəticədə mikromaliyyə bütövlükdə respublikanın maliyyə sisteminin dayanıqlı tərkib hissəsinə çevrilsin. Buna nail olmaq üçün beynəlxalq təcrübədən yararlanmaqla və də beynəlxalq standartlardan istifadə etməklə zəruri addımlar atılır. Azərbaycan iqtisadiyyatının prioritet sahələrində struktur islahatlarının aparılması üçün əsas vasitələrdən biri iqtisadiyyata investisiyaların cəlb edilməsi üzrə dövlət siyasətidir. Faktdır ki, Azərbaycanda çox əlverişli investisiya mühiti yaradılıb ki, bu da ilk növbədə davamlı siyasi və iqtisadi sabitlik ilə xarakterizə olunur. Təbii ki, belə hal istənilən strateji investor üçün vacibdir. Xarici investorlar üçün geniş hüquqi təminat və güzəştlər sistemi mövcuddur. Hökumət investisiyaların stimullaşdırılması üzrə kompleks tədbirlər sistemini işləyib hazırlayıb. Azərbaycanın mövcud əlverişli investisiya mühiti qəbul edilmiş bir sıra qanunvericilik aktlarına əsaslanır. Milli iqtisadiyyatın yüksək artım templəri sayəsində respublikanın maliyyə sektoru fəal inkişaf edir. Müvafiq olaraq, xarici investorlar tərəfindən ölkəyə maraq artır.

Yerli istehsalın stimullaşdırılmasına yönəlmiş addımlar öz nəticəsini verir 

Son bir neçə ildə yerli istehsalın stimullaşdırılmasına yönəlmiş bir çox addımlar atılıb. Belə ki, xaricdən gətirilən istehsal avadanlıqlarına gömrük rüsumlarında güzəştlər, fərdi malların istehsalçıları üçün vahid vergi ödənişinin dərəcəsinin aşağı salınması və digər qərarlar əmtəə istehsalçılarına böyük kömək hesab olunur. 

İndi ölkədə sahibkarlar hansı sahəyə pul yatırmağın daha səmərəli olduğunu aydın başa düşür. Özəl sektor həmişə xərclərin nə olacağını əvvəlcədən hesablayır və onları potensial gəlirlə müqayisə edir. Yerli istehsalın inkişafı bahalı idxaldan asılılığı məhdudlaşdırır. Düzdür, müəyyən xammal növləri respublikada ümumiyyətlə istehsal olunmur və daxili bazarda təqdim olunanlar müasir rəqabətədavamlı məhsulların istehsalı üçün standart və keyfiyyət baxımından heç də həmişə uyğun gəlmir. Bu məsələnin həlli istiqamətində də müvafiq addımlar atılır. Eyni zamanda, insan hüquqlarının təmin edilməsi, dövlət orqanlarının hesabatlılığının və aşkarlığının gücləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin rolunun, əhalinin və ictimai birliklərin siyasi fəallığının artırılması istiqamətində sistemli iş aparılır. Milli iqtisadiyyatın islahatı istiqamətində xarici ticarətin, vergi və maliyyə siyasətinin liberallaşdırılması, sahibkarlığın dəstəklənməsi və xüsusi mülkiyyətin toxunulmazlığının təmin edilməsi, kənd təsərrüfatı məhsullarının dərindən emalının təşkili, o cümlədən regionların sürətli inkişafının təmin edilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun azaldılması dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib, əhalinin yeni iş yerləri və zəmanətli gəlir mənbəyi ilə təminatı, ixtisaslı tibbi və təhsil xidmətləri, layiqli həyat şəraiti keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına diqqət olunur. Son illərdə aparılan islahatlar nəticəsində ölkədə özəl sektorun inkişafı üçün zəruri olan siyasi, hüquqi, sosial-iqtisadi, elmi və təhsil əsasları yaradılıb. Xalqın rifahının daha da yaxşılaşdırılmasına, iqtisadiyyatın sahələrinin transformasiyasına, sahibkarlığın inkişafının sürətləndirilməsinə, insan hüquq və mənafelərinin qeyd-şərtsiz təmin edilməsinə, fəal vətəndaş cəmiyyətinin formalaşdırılmasına yönəlmiş islahatların prioritet istiqamətlərinin müəyyən edilməsi məqsədilə zərui işlər davam etdirilir. 

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031