Ramil Usubov Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdü
Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov martın 12-də Gürcüstanın daxili işlər naziri, Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkənin müvafiq strukturları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı regionda baş verən hadisələr və təhlükəsizlik sahəsində aktual məsələlər diqqət mərkəzində olub.
Vaxtanq Qomelauri səmərəli əməkdaşlığa görə Ramil Usubova təşəkkürünü bildirib, tərəfdaşlıq əlaqələrinin gələcəkdə də müxtəlif istiqamətlərdə fəal şəkildə davam edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu vurğulayıb.