Paşinyan Rusiyaya açıq mesaj verdi - Ermənistan KTMT-dən çıxacaq...
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublikada məsuliyyət zonasının nədən ibarət olması ilə bağlı suala cavab verilməsə, təşkilatı tərk edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Əgər KTMT bu suala cavab verərsə və bu cavab bizim baxışlarımızla üst-üstə düşərsə, bu o deməkdir ki, Ermənistanla KTMT arasında bütün məsələlər öz həllini tapıb”, - deyə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əks təqdirdə, Ermənistan KTMT-dən çıxacaq.
Baş nazir Ermənistanın KTMT-dən nə vaxt çıxacağını açıqlamayıb.
Paşinyan bildirib ki, respublikanın KTMT-də iştirakının dondurulması ilə bağlı mövqeyi siyasi qərarla qarışdırılmamalıdır.
“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq, daimi nümayəndəmiz yoxdur, iclaslarda iştirak etmirik. (...) Biz KTMT-nin, hörmətli həmkarlarımızın bir suala cavab vermələrini gözləyirik: “təşkilatın Ermənistanda məsuliyyət zonası haradadır?
O qeyd edib ki, Ermənistan KTMT üçün problem yaratmayıb, “bütün problemlər bu məsələni qaldırdığımız və cavab almadığımız andan başlayıb”.
TAHİR