Təşvişə düşməyin - Agentlik valideynlərə çağırış etdi
Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, məsələ aidiyyəti qurumların nəzarətindədir: “Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq”.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.
ZÜMRÜD